Modern.az

Kılıcdaroğlu Ərdoğana : “Dəliqanlısansa, çıx qarşıma...”

Kılıcdaroğlu Ərdoğana : “Dəliqanlısansa, çıx qarşıma...”

23 Avqust 2010, 09:47

Türkiyədə Konstitusiya  layihəsinə əlavə və dəyişikliklərlə  bağlı referendumun vaxtı yaxınlaşdıqca müxalifət və iqtidar partiyaları arasında qarşılıqlı ittihamlar səngimək bilmir. Modern.az xəbər verir ki, ana  müxalifət Cümhuriyyət Xalq Partiyası tərəfdarları “referenduma yox” mitinqlərini, AKP -çilər isə “referenduma əvət” kampaniyasını  bütün ölkə boyu davam etdirməkdədirlər. 

CXP  sədri Kamal  Kılıcdaroğlu AKP lideri, Türkiyənin hökumət başçısı Rəcəb Tayyib Ərdoğanı istədiyi telekanalda teledabata dəvət edib.  “Konstitusiyadan bəhs etmədiyimizi söyləyir. Biz  Konstitusiyadan  danışırıq, lakin söylədiklərimiz onun işinə yaramır“ deyə Kılıcdaroğlu  Ərdoğana  atmaca atıb. İstanbulda “Referenduma yox” mitinqində çıxış edən CXP lideri Tayyib Ərdoğanı tənqid edib.  “Əgər dəliqanlısansa, gəl buyur, istədiyin televiziya kanalında  Ana Yasamızı müzakirə edək”, -deyə Kılıcdaroğlu deyib.

Xüsusi təhlükəsizlik tədbirləri altında 50 min  CXP-linin iştirak etdiyi mitinqdə Kılıcdaroğlu  Ərdoğana “Hırsız Tayyb” deyə  səslənərək 12 sentyabr hökumət çevrilişi və o vaxtkı hadisələri yada salıb. “Deyir ki, xalqın önünə yeni bir Konstitusiya gətiririk, demokratiya və azadlıq üçün dəyişiklik istədiklərini söyləyirlər. Buradan Rəcəb Bəyə səslənirəm,  12 sentyabr ihtilalında sən 26 yaşındaydın. Həbsmi olundun? İşgəncəmi gördün? Görmədilər axı. Acıları biz yaşadıq. Mücadiləni biz verdik. Biz bilirik o acıları”deyən Kılıcdaroğlu baş nazirin daha başqa bir adının olduğunu deyib. “Şantaşcı Rəcəb. Tərəf olmayanın bitərəf olacağını söyləyir. Kimsən sən? Diktatorsanmı? Həm demokratiya və azadlıqdan bəhs edirsən, həm də sizi bitərəf edərəm deyirsən. İş dünyasına səslənirəm. Müqavimət göstərin, qüvvətli olun. Maraq etməyin, Rəcəb bəy qaçacaq, biz qovalayacağıq. Bir naziri ortaya çıxıb deyir ki, “Konstitusiyaya xeyir deyənin ağlına şühbə edirəm”, başqa bir naziri isə “əvət” deməsiniz, telefonunuza cavab verməyəcəyəm deyir. Bələdiyyə başçıları da “xeyr” deyilməsi qarşılığında yaşıl kartların toplanacağı ilə hədələyir. Uşaqlarınıza  məktəbli kitabları vermərik deyə şantaj edirlər”.

CXP lideri Ərdoğanı meydanlarda İsmət İnönü və CXP tarixinə sataşmaqda ittiham edib. “Sən, get öncə tarixi öyrən Rəcəb bəy. Əgər birilərinə sataşmaq istəyirsənsə və dəliqanlısansa, mənim qarşıma çıx, mənə sataş”.

Yeni Konstitusiyanın xalq Konstitusiyası olmadığını söyləyən Kılıcdaroğlu “Bu Ana Yasa Rəcəb bəyin, onun nazirlərinin və onların vəzifə başına dönən uşaqlarının ana Yasasıdır. Buradan müraciət edirəm, istədiyin televiziya kanalında və istədiyin qəzetçilərlə xalqın önünə çıxaq və Ana Yasanı müzakirə edək. Dəliqanlısan, çıx qarşıma”,-deyə CXP lideri  bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür