Modern.az

İŞİD-in qonağı olan jurnalist: “Avropanı ələ keçirəcəklər” – FOTOLAR

İŞİD-in qonağı olan jurnalist: “Avropanı ələ keçirəcəklər” – FOTOLAR

23 Dekabr 2014, 01:50

 

İŞİD Suriya İraqda nəzarət etdiyi ərazilərdə alman jurnalist Jurgen Todenhoferin  araşdırma aparmasına icazə verib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, 74 yaşlı  jurnalist Türkiyə vasitəsi ilə  Mosula gedib İŞİD-lə apardığı gərgin müzakirələrdən sonra terrorçuların əlində olan ərazilərdən reportaj hazırlayıb. Alman jurnalistin  İŞİD yaraqlıları ilə 10 gün bir yerdə olduğu bildirilir. 

Vətəninə qayıdan jurnalist İŞİD-lə bağlı təəssüratlarını Almaniya mediası  bölüşüb. O bildirib ki, bu terrorçu qruplaşma zənn edildiyindən də güclüdür: “İŞİD-i idarə edənlərdən  biri dedi ki, bir gün bütün Avropanı ələ keçirəcəklər”,-deyə o qeyd edib.

Reportyorun sözlərinə  görə İŞİD onu, avqust ayında başını kəsdiyi amerikalı jurnalist Ceyms Folleyin Benqazidə qaldığı oteldə yerləşdirib.

“Mən qorxurdum ki, sonum onun kimi olar. Hər gün yüzlərlə döyüşçü İŞİD-ə qoşulur. Mən isə bunu anlamaqda çətinlik çəkirəm. İŞİD-in sosial yardım xidməti və təhsil sistemi də var. Bu təşkilatın qız uşaqlarına təlim keçmək üçün planlarının olması isə məni təəccübləndirdi”,-deyə söyləyib.

Bu vaxta qədər daha çox ekstremal şəraitdə jurnalist fəaliyyəti göstərən təcrübəli repotyor bildirib ki, İŞİD-d gördüklərini daha əvvəl heç bir münaqişə bölgəsində görməyib.

Koalisiya qüvvələrinin İŞİD-ə qarşı apardığı hava əməliyyatlarını da effektiv olmadığını vurğulayan Jurgen Todenhofer bildirib ki, aviazərbələr zamanı daha çox sivil insanlar ölür və bu terrorçuların sayının artmasına gətirib çıxarır.

“İŞİD təkcə terror  təşkilatı deyil, həm də sanki bir  dövlət modelidir. ABŞ isə İraqdakı İŞİD terrorçularını vurmaq istəsə, gərək bütün Mosulu yerlə yeksan etsin”-deyə jurnalist qeyd edib.


Aqşin Kərimov
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər