Modern.az

Qorbaçov SSRİ-ni dağıdan şəxsin adını çəkib

Qorbaçov SSRİ-ni dağıdan şəxsin adını çəkib

23 Avqust 2010, 09:51

1991-ci il “QKÇP” hadisələrinin ildönümü ilə bağlı münasibətini açıqlayan  SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov bəyan edib ki, Sovet İttifaqının dağılmasında keçmiş Sov.İKP-nin bir sıra üzvləri məsuliyyət daşıyır. Qorbaçov bu sırada hazırkı Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovun da adını çəkib. Modern.az “İnterfaks” Agentliyinə istinadən xəbər verir ki, keçmiş sovet lideri bildirib ki, 1991-ci ildə Sovet İttifaqını qoruyub saxlamağa kömək edən yeni ittifaq müqaviləsini müttəfiq resbublikaların imzalaması üçün bütün mümkün olanı edib.

“Ancaq RSFSR kommunistləri ətrafında cəmləşmiş partiya nomenklaturası, o cümlədən məhz Züqanov  bu müqavilənin imzalanması prosesini pozdu”-deyə eks-prezident bildirib.

M.Qorbaçov qeyd edib ki, Yeltsin, Kravçuk və Şuşkeviçin SSRİ-nin dağılması haqqında imzaladıqları Belovejsk sazişini RSFSR Ali Sovetində təsdiq edilməsinə Züqanov rəhbərlk edib. “RSFSR Ali Sovetinin sədri Ruslan Xasbulatov  bu sənədin Ali Sovetdə təsdiq edilməsi üçün Züqanovdan xahiş etmişdi”-deyən Qorbaçovun sözlərinə görə, Züqanov deputatlarla birbəbir danışaraq SSRİ-ni dəfn edən Belovejsk sazişinə səs verməyi təşkil edib .

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?