Modern.az

Gürcüstan Azərbaycanla konfederasiya yaradılmasını alqışlayır

Gürcüstan Azərbaycanla konfederasiya yaradılmasını alqışlayır

23 Avqust 2010, 09:58

Gürcüstanda Azərbaycanla konfederasiya yaradılması  ideyasına müsbət yanaşırlar. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bu mövzuda gözlənilməz açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla konfederasiya yaradılması məsələsini müzakirə edir. “Gürcüstan Bakı və Tiflis  arasında konfederativ münasibətlərin yaradılmasını alqışlayır. Konfederasiya çərçivəsində biz münasibətlərimizin gələcək inkişafını müəyyən edə bilərik. Bu münasibətlər bütün regionun  inkişafına xidmət edir. Nəzərə almaq lazımdır ki, ölkələrimiz arasında iqtisadi kooperasiya çox intensiv inkişaf edir”,-deyə Gürcüstan XİN rəsmisi bildirib.

 Kalandadze bəyan edib ki, bu təşəbbüsün  hüquqi əsası ikitərəfli diplomatik münasibətlərin müzakirə mövzusudur.

Xatırladaq ki, prezidenti İlham Əliyevin iyul ayında Gürcüstana səfəri gedişində prezident Mixail Saakaşvili bəyan edib ki, Gürcüstan və Azərbaycan konfederativ münasibətlər qurmalıdır. Saakaşvili bu zərurəti onunla izah edib ki, iki ölkə arasında əlaqələr çox sıxdır və tərəfdaşlıq çərçivəsindən çıxır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi