Modern.az

3 ildə 105 kilo arıqlayıb

3 ildə 105 kilo arıqlayıb

23 Avqust 2010, 12:54

Almaniyanın Münhen şəhərində yaşayan  42 yaşındakı Ortud Leyner 3 il ərzində 103 kilo arıqlamağı bacarıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Leynerin hazırda çəkisi 73 kilodur.
2007-ci ilin iyununda Leynerin çəkisi 180 kq-a çatıb. Şişmanlığına görə adam arasına çıxmağı özünə dərd bilən Leyner mütəxəssislərin onun üçün tərtib etdikləri xüsusi pəhriz yeməkləri və idman hərəkətləri ilə arıqlamağa qərar verib. Mədəsinin bir hissəsini də cərrahi  yolla aldıran Leyner 3 il ərzində intensiv surətdə idmanla məşğul olmağa başlayıb. Leyner səhərlər pendir, yulaf əzməsi yeyib, günüzlər quru meyvə və təzə pendir və çovdar çörəyi ilə  kifayətlənməklə gün ərzində dietasına sərt şəkildə əməl edib.
Leyner köhnə paltarlarının ona çuvalı xatırlatdığını deyərək sanki  yenidən dünyaya gəldiyini bildirib.

 

 

.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi