Modern.az

Ermənistan vətəndaşı Türkiyə ərazisinə qaçmaq istəyib

Ermənistan vətəndaşı Türkiyə ərazisinə qaçmaq istəyib

25 Dekabr 2014, 16:48

Ermənistan sakini ailə üzvləri ilə məişət zəminndə mübahisə etdikdən sonra qonşu Türkiyə Respublikasının ərazisinə keçməyə cəhd göstərib. Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, sərhəd pozucusu Axurik kəndi yaxınlığında Ermənistan-Türkiyə sərhədini keçsə də, onu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd dəstəsinin əməkdaşları həbs ediblər. Özünü qeyri-adekvat aparan şəxs ailə üzvlərinin acığına Türkiyə ərazisinə keçmək istədiyini bildirib. Ermənistan sakininin şəxsiyyəti müəyyənləşdikdən sonra onun barəsində inzibati tədbirlər görülüb.

Xatırladaq ki, Ermənistan-Türkiyə və Ermənistan İran sərhəddi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsi tərəfindən nəzarətdə saxlanılır.

Modern.az   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı