Modern.az

2014-cü ilin dəhşətli faciələri - kütləvi insan tələfatları - SİYAHI

2014-cü ilin dəhşətli faciələri - kütləvi insan tələfatları - SİYAHI

26 Dekabr 2014, 13:48

Geridə qoymağa hazırlaşdığımız 2014-cü il bir çox faciələrlə yadda qaldı. Yer kürəsinin müxtəlif nöqtələrində baş verən nəqliyyat qəzaları, təbii fəlakətlər minlərlə binsanın həyatına son qoydu.

Modern.az saytı 2014-cü ilin kütləvi insan tələfatı ilə nəticələnən faciələrini təqdim edir.

Hind okeanında təyyarənin yox olması - 239 ölü

2014-cü il martın 8-də Malaziya paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə reys edən Boing 777-200 təyyarəsi Hind okeanı üzərində sirli şəkildə yoxa çıxdı. Sonradan naməlum şəxslərin təyyarənin rabitə sistemini söndürdüyü və kursunu xeyli dəyişən təyyarənin daha 7 saat havada olduğu müəyyənləşib. “Boing”in qalıqları bir neçə aylıq intensiv axtarışdan sonra aşkar olunmasa da, onun Hind okeanı hövzəsində qəzaya uğradığı ehtimal olunur.
“Malaysia Airlines“ şirkətinə məxsus təyyarənin göyərtəsində 14 ölkənin vətəndaşı olan 227 sərnişin və 12 heyət üzvü olub. 

Cənubi Koreyada gəminin batması - 303 ölü

2
014-cü il aprelin 16-da Cənubi Koreyanın İnçxon limanından dəniz səyahətinə çıxan “Sevol” gəmisi dənizdə dönmə əməliyyatını düzgün icra edə bilmədiyi üçün qəza vəziyyətinə düşmüşdü. Gəmi heyəti isə sərnişinlərə otaqları tərk etməmələri ilə bağlı səhv göstəriş vermişdi. Nəticədə gəmi batan zaman əsasən tələbə və şagirdlərdən ibarət sərnişinlər xilas ola bilməmişdilər. Ümumilikdə, göyərtəsində 476 sərnişin olan “Sevol” gəmisində baş verən faciə 295 nəfərin ölümünə, 8 nəfərin isə itkin düşməsinə səbəb oldu. Gəminin 15 nəfərdən ibarət şəxsi heyəti isə yol verdkiləri səhvlərə görə 5 ildən 36 ilə qədər həbs cəzası aldılar.

Əfqanıstan da torpaq sürüşməsi – 2100 ölü

2014-cü il mayın 2-də Əfqanıstanın şimalındakı Bədəxşan vilayətində aramsız yağışların səbəb olduğu torpaq sürüşməsi baş verdi. 300-dən artıq evin, 700-dən artıq ailənin torpaq altında qaldığı hadisə qeyri-rəsmi məlumatlara görə 2100 nəfərin ölümünə səbəb olub.

Türkiyədə mədən qəzası – 301 ölü

2
014-cü il mayın 13-də Türkiyənin Soma şəhərində yerləşən mədəndə 301 nəfərin həyatına son qoyan faciə baş verib. Yerin altında baş verən qısaqapanma mədənin enerji blokunun zədələnməsinə və yanğına səbəb olur. Mədəni bürüyən tüstü işçilərin əksəriyyətinin zəhərlənməsilə nəticələnib. Qəza ilə bağlı mədəni idarə edən şirkətin 25 mütəxəsisi həbs olunub. Onlardan 3-ü “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə ittiham olunurlar.

Rusiyada vertolyot qəzası – 17 ölü

2014-cü il mayın 31-də isə Rusiyanın Murmansk vilayətində Mİ-8AMT vertolyotu qəzaya uğrayıb. Munozera gölünə düşən vertotlotda 17 nəfər, o cümlədən Murmansk vilayət qubernatorunun müavini Sergey Skomoroxov, vilayətin ekologiya naziri Aleksey Smirnov həlak olublar. Hadisə zamanı vertolyotun ekipajının 2 üzvü sağ qala bilib.

Ukraynada sərnişin təyyarəsinin havada vurulması – 298 ölü 

2014-cü il iylun 17-də Donetsk vilayətinin Qrabovo kəndi yaxınlığında Amsterdamdan Kuala-Lumpur şəhərinə uçan “Boing 777” sərnişin təyyarəsi qəzaya uğrayıb. Beynəlxalq araşdırma qrupu təyyarənin havada vurulduğnu müəyyən edib. Ukrayna və Şərqi Ukrayna separatçıları hadisəyə görə məsuliyyəti bir-birilərinin üzərinə atırdı. “Malaysia Airlines”a məxsus təyyarənin vurulması nəticəsində 193-ü Hollandiya vətəndaşı olmaqla 298 nəfər həlak oldu.

Afrikada təyyarə qəzası – 116 ölü

2014-cü il iyulun 24-də “Air Algerie” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nigerin Niamey şəhərində qəzaya uğrayıb. Əlcəzair şəhərindən Malinin paytaxtı Bamako şəhərinə səfər edən təyyarədə 50-si fransız vətəndaş olmaqla 100 nəfər sərnişin və 6 heyət üzvü var idi. Qəza zamanı onların hamısı həlak olub.

Nepalda qar uçqunu – 91 ölü

2014-cü il oktyabrın 15-də Nepalda baş verən qar uçuqunu alpinistlərin ölümünə səbəb olub. Himalay dağlarında yerləşən Annapurna massivində baş verən faciə zamanı 168 nəfər qar uçqununa düşüb. Onlardan 77 nəfər xilas olunsa da, 91 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Onların arasında İsrail, Polşa, Kanada və Hindistan vətəndşaları üstünlük təşkil edib. Bu hadisədə azərbaycanlı alpinist Murad Aşurlu da həlak olub.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı