Modern.az

Göyərtəsində 162 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

Göyərtəsində 162 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

28 Dekabr 2014, 22:44


Modern.az
xarici KİV-lərə istinadən xəbər verir ki, dekabrın 28-də Malayziyanın “Air Asia” şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. “Airbus A320-200” sərnişin təyyarəsi İndoneziyadan Sinqapura uçurmuş. Təyyarədə 162 nəfər (17-si uşaq olmaqla 155 sərnişin və 7 ekipaj üzvü) olub.
Sərnişinlərdən 149-u İndoneziya, 3-ü Cənubi Koreya vətəndaşıdır, təyyarədə Malayziya, Böyük Britaniya və Sinqapurun hərəsindən 1 nəfər də olub.

İndoneziya Nəqliyyat Nazirliyinin məlumatına görə, hadisə baş verməzdən əvvəl təyyarə ekipajı pis hava şəraiytinə görə marşrutu dəyişməyə icazə istəyibmiş.

Bazar günü təyyarənin axtarışlarına başlayıblar. Avialaynerin İndoneziya sahillərində suya düşdüyü ehtimal olunur.


Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir