Modern.az

Obamadan Putinə XƏBƏRDARLIQ: “Bu, strateji səhviniz olacaq”

Obamadan Putinə XƏBƏRDARLIQ: “Bu, strateji səhviniz olacaq”

29 Dekabr 2014, 22:24

 

ABŞ prezidenti Barak Obama Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü siyasətdə strateji səhvə yol verdiyini bəyan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Barak Obama ABŞ-ın  “NPR” radiokompanayisına müsahibəsində bu haqda danışıb.  

Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ  Rusiya ilə müharibə istəmir. ABŞ liderinin sözlərinə görə Vaşinqton Avropadakı partnyorlarına təsir edərək və beynəlxalq koalisiyanın əsas rolunda çıxış edərək Rusiyanın başqa ölkələrin müstəqilliyini pozmasına qarşı dirəniş göstərir.  

Onun sözlərinə görə uzunmüddətli perspektivdə Moskva Ukrayna ilə bağlı siyasətini dəyişməsə, bu, Rusiyanın strateji səhvi olacaq.  

Barak Obama deyib ki, Rusiya xaricində Vladimir Putinin hərəkətlərinin ağıllı olmadığı qənaətindədirlər. Barak Obama onu da bildirib ki, ABŞ bundan sonra da Rusiya təzyiq göstərilməsi məqsədi ilə ardıcıl sansksiya siyasətini davam etdirəcək.  

Ağ Ev başçısı söyləyib ki, Rusiya neftinə güvənir, lakin ABŞ təkcə neftə yox, həm də İPad-a, filmlərin istehsalına arxayındır. “Bizdə dinamik, yaşamağa qabil iqtisadiyyat var, amma bu, Rusiyada yoxdur”,-deyə Barak Obama müqayisə aparıb.  

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir