Modern.az

Rövşən Rzayev: “Qarabağın azad edilməsində sülhün alternativi yoxdur” - MÜSAHİBƏ

Rövşən Rzayev: “Qarabağın azad edilməsində sülhün alternativi yoxdur” - MÜSAHİBƏ

Müsahibə

30 Dekabr 2014, 10:50

Milli Məclisin deputatı, “Qarabağın Azərbaycanlı İcması” İdarə Heyətinin üzvü Rövşən Rzayev 2014-cü ilə Qarabağla bağlı görülən işlər barədə Modern.az saytına müsahibə verib. 

- Rövşən müəllim, sizcə, 2014-cü il Qarabağla bağlı nələrlə yadda qaldı?

- İlk növbədə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı prezidentimizin apardığı böyük işlər. Hər birimiz bu prosesi izləyirik. Ən əsas məqamlardan biri odur ki, Azərbaycanın bütövlüyünün təmin olunması üçün ölkə prezidenti cənab İlham Əliyev Fransada Minsk Qrupu çərçivəsində Fransa prezidentinin təşəbbüsü ilə görüş keçirdi.

Sülh prosesinin alternativi olmadığına görə, hər birimiz gözləyirik ki, problemi müharibəsiz həll edə biləcəyik. Bunun üçün yeganə yol ölkə prezidentinin bu məsələni danışıqlar yolu ilə həll etməsidir və mən əminəm ki, cənab prezident İlham Əliyev buna nail olacaq. Azərbaycanın ərazi bütövlüyü sülh yolu ilə təmin olunacaq.

Hesab edirəm ki, bu cür görüşlər Dağlıq Qarabağ probleminin həllində önəmlidir. Hər bir vətəndaş bunun üçün öz fəaliyyətini ortalığa qoymalı, gündəlik işində bununla bağlı addım atmalıdır. Azərbaycanın haqlı səsi dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu istiqamətdə Azərbaycan parlamenti kifayət qədər vacib işlərlə məşğuldur. Bu yöndə Xarici İşlər Nazirliyinin fəaliyyəti haqqında da danışmaq lazımdır. İlk növbədə ölkə prezidentinin şəxsi nüfuzu, Minsk Qrupu çərçivəsində həmsədr dövlətlərin, Amerika, Fransa ilə aparılan danışıqlar nəticəsində Azərbaycan xalqının bu istiqamətdə dəstək qazanmağımız məni əmin edir ki, biz bu problemi həll edə biləcəyik.

Vacib hallardan biri beynəlxalq aləmdə aparılan işlərdir. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının tam hüquqlu üzvüdür. AŞPA-da işçi qrupların üzvlərindən biri Elxan Süleymanovun təşəbbüsü ilə iki vacib sənəd Parlamentin Assaambleyasında qaldırılmışdı. Gərgin mübarizə olsa da, Avropa  parlamentinin üzvləri ədalətə daha çox səs vermişdilər. Bununla da Dağlıq Qarabağın işğalı və son zamanlarda atəşkəsin intensiv şəkildə pozulması faktını məruzə ilə çıxış edib bu problemin həllini işləməsindən ötrü Parlament Assambleyası tərəfindən İngiltərədən olan bir parlament üzvü məruzəçi təyin olunmuşdu. Bu çoxböyük siyasi uğurdur. Elxan müəllimin ikinci bir müraciəti də Sərsəng su anbarı ilə bağlı olmuşdu. O da işğal altında olan torpaqlarımızda yerləşir. Bu bir tərəfdən işğal faktı kimi, digər tərəfdən də ekoloji problemin daha çox qabardılması şəklində göstərilmişdi. Yenə də Avropa deputatları tərəfindən  ədalətə daha çox önəm verilmişdi. Bu ikinci məruzə ilə bağlı Bosniya və Hersoqovinadan məruzəçi təyin olunmuşdu. Cənab prezidentin fəaliyyəti, digər tərəfdən isə AŞPA tərəfindən bu cür məruzəçilərin təyin olunması mənim üçün vacibdir.

- 1988-ciildən 26 il keçir. Sizdə əminlik hissi var ki, ATƏT-in Minsk qrupunun bilavasitə fəaliyyəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq. Ancaq bütövlükdə  cəmiyyətdə Mins Qrupuna inam sıfıra enib.

- Xeyr, elə deyil. Minsk Qrupunun fəaliyyətinin nəticəsini gözləyirik, ancaq hələ ki, nəticəsini görmürük. Ona görə də onun nəticəsiz qalacağını hesab edirik. Məsələyə bu şəkildə yanaşmaq düz deyil. Orada  böyük və diplomatik görüşlər keçirilir, vacib danışıqlar prosesi gedir və bunun  alternativi yoxdur. Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edir. Onlara aparıcı dövlətlər tərəfindən müxtəlif qruplar dəstək olur və onlar bu gün konstruktiv mövqedən kənarda qalıblar. Ümid edirəm ki, bu məsələ tezliklə həll olsun. Azərbaycan coğrafi baxımdan kiçik ölkə olsa da, nüfuzlu, etibarlı və vacib regionda yerləşir, baxmayaraq ki, Azərbaycanın ərazisi işğal olunub və Azərbaycana qarşı böyük təhdidlər, böyük ədalətsizliklər və Ermənistanın qeyri-konstruktiv mövqeyi var. Ermənistana dəstək var. Bunlara baxmayaraq, Azərbaycan öz sözünü deyən ölkədir. Bu sözünü deyə biləcəyi mənada yeganə hal ulu öndər Heydər Əliyevin siyasətidir və o siyasəti uğurla aparan ölkə prezidentimiz, Azərbaycan xalqının lideri möhtərəm İlham Əliyevdir. Mən əminəm ki, bu yol davam edəcək. Azərbaycan xalqı arxaya addım atmayacaq. Ölkə prezidenti həmin müqaviləyə imza atacaq. Bunun üçün biz öz fəaliyyətimizi daha da genişləndirməli, hər gün çalışmalıyıq. Minsk Qrupunun ayrı formata keçməsi bizə əl verən tərəf deyil. Əgər biz formatı dəyişsək, hər hası yeni format deyəcək ki, mən yeni işlə tanış deyiləm. Gərək bu işlə daha yaxından tanış olam. Burda 20 ildən çox zaman alacaq. Beləliklə də, yenə illəri itirəcəyik.

- Amerika birbaşa qondarma Qarabağ qurumuna yardım edir. Moskvada, Parisdə qondarma Qarabağ qurumunun nümayəndəlikləri fəaliyyət göstərir. Sizdə hansı əminlik var ki, biz Minsk qrupundan nəsə gözləyək?

- Dünyada aparıcı dövlət var, o da Amerikadır. Amerika siyasəti bu dəqiqə dünyada çox önəmli rol oynayır. Dağlıq Qarabağ probleminə baxsaq, Azərbaycan da, Ermənistan da postsovet məkanında olan ölkələr idi. Burada Rusiyanın hər iki dövlətlə münasibəti var. Rusiya bu bölgəni nəzarətdən buraxmaq fikrində deyil. Ermənistan birbaşa Rusiyanın forpostudur və bunu açıq-aşkar Rusiyanın siyasətinin yuxarısında olan insanlar qeyd edirlər. Ermənistan 1991-ci ildə SSRİ çökəndən sonra öz müstəqilliyini hələ də əldə edə bilməyib. Ancaq Azərbaycan müstəqil, azad dövlətdir. Azərbaycanın Konstitusiyası var, müstəqil siyasət yeridir. Bu gün Ermənistanla Azərbaycanın durumu bir az fərqlidir. Azərbaycan ərazisi işğal altındadır. Bu gün aparılan siyasət ona xidmət edir ki, Azərbaycan öz problemini, ərazi bütövlüyünü təmin edə bilsin, bununla bərabər, müstəqilliyini, azadlığını əlində saxlaya bilsin. Azərbaycan xalqı Heydər Əliyevin bu siyasətini qoruyub axıra aparmağı bacarmalıdır. Əks halda, Azərbaycan problemlə üzləşə bilər. Bir tərəfdən İran, bir tərəfdən işğalçı Ermənistan, bir tərfədən Gürcüstan, bir tərəfdə Rusiya... Yeganı qardaş dövlətimiz Türkiyə ilə 11 kilometr sərhəddimiz var. Digər tərəfdən də Rusiyanın maraqları olduqca böyükdür. Azərbaycan dünyaya açıq dövlətdir. Bu, Heydər Əliyevin uzaqgörənliyi, siyasəti nəticəsindədir. Bu gün də o siyasət davam edir. Bizim borcumuz bunu qoruyub saxlamaqdır. Uğurlarımız ondan ibarətdir ki, danışıqlar prosesi davam etdirilir, diplomatik uğurlar ilbəil daha da ciddiləşir. Azərbaycanın BMT-də 2 il müddətində qeyri-daimi üzv seçildi, 1993-cü ildə BMT-nin 4 qətnaməsinin 2008-ci ildə yenidən təsdiq olundu.

- İyul-avqust hadisələrini Qarabağ məsələsində necə qiymətləndirirsiniz?

- Atəşkəsin pozulması başqa bir prosesdir. 1991-1993 cü illərdə Azərbaycanın Ermənistana deyil, Ermənistana güc verən qüvvələrə müvəqqəti uduzdurulması Azərbaycanın məğıubiyyəti deyil. Ermənistan heç bir halda Azərbaycanı üstələyə bilməz. Bu gün ordumuzdakı inkişaf postsovet ölkələrinin heç birində yoxdur. Ukraynada olan vəziyyət onu göstərdi ki, Azərbaycan ordusu həqiqətən güclü ordudur. Silahlı qüvvələrimiz texnika baxımından yüksək təchiz olunub. Azərbaycan keçmiş sovet respublikaları içərisində yeganə dövlətdir ki, müdafiə sənayesi yaradıb. Bunu etməyə başqalarının iqtisadi imkanı yoxdur. Bu gün həmin nazirlik tərəfindən buraxılan silah-sursat müxtəlif dövlətlərdə sərgilənir. Müqavilələr imzalanır, silahlar başqa ölkələrə satılır. Bəli, atəşkəs pozuldu. Ancaq buna baxmayaraq düşmən tərəfi susduruldu. Müəyyən məsələləri daha dərindən bilirəm, ancaq təəssüflər olsun ki, bu gün bunu açıqlamağa ehtiyac yoxdur. Azərbaycan ordusu birmənalı problemi həll edə bilərdi. Azərbaycanın gücü, qüdrəti var. Ali Baş Komandanın əmri ilə ordumuz hər an torpaqlarımızı azad etməyə hazırdır. Bu daimi gündəmdə olan məsələdir. Əgər Qarabağ müharibəsi olub və dayanıbsa, artıq bunu bir daha müharibəyə çevirməyə ehtiyac yoxdur. Əgər atəşkəs varsa, bundan istifadə etmək lazımdır. Ona görə ulu öndər Heydər Əliyev sülh siyasətini daha önə çəkib və bu gün bu siyasət ölkə prezidenti tərəfindən davam etdirilir. Bu ən vacib yoldur. Bunun alternativi ola bilməz.

- 2014-cü il Qarabağla bağlı nəylə yadda qaldı sualını davam olaraq girovlar məsələsi haqqında nə deyə bilərsiniz?

- Təəssüflər olsun ki, bizim iki həmyerlimiz girovdur. Hər iki kəlbəcərli öz doğma torpaqlarına gediblər və bu onların haqqıdır. Tam ixtiyar sahibi idilər. Yenə də Ermənistan qeyri-konstruktiv mövqeyini dünya ictimaiyyətinə sərgilədi. İki sadə insanı başqa cür qələmə verib qondarma fikirlərlə dünya ictimaiyyətini çaşdırmaqla, onları hər hansı cinayət törətmiş kimi qeyd etdi, tanınmamış bir qurumun məhkəməsini etdi. İşgəncə altında onlara məhkəmə qurdular. Mən inanıram ki, bu belə davam etməyəcək və problem həllini tapacaq. Çox istəyərdim ki, bu gün biz Azərbaycan vətəndaşları heç bir prinsipial və vacib uğurları yaddan çıxarmayaq. Bu gün Azərbaycanın yerləşdiyi yerdə Azərbaycana qarşı olan dünya ölkələrindən olan nəzərlər bizim hər birimizi ayıq etməyə məcbur edir.

-Girovlar məsələsində bir psixoloji məqam vardı. Onlar ilk dəfə Kəlbəcərə gedəndə Azərbaycan cəmiyyətində rəy yarandı ki, Kəlbəcərə istənilən vaxt getmək olar. Amma ermənilərin son məhkəmə şousu tam əks efekt verdi.

- Mən elə düşünmürəm. Bizim girov düşmüş həmvətənlərimiz neçə illər idi ki, dağ yolu ilə həmin yerlərə gedib-gəlirdilər. Başqa məsələdir ki, bu gün həmin yerlər separatçı rejim tərəfindən qorunur, erməni silahlı qüvvələri işğal altında saxlayır və həmin ərazilər minalanıb. Ona görə də istənilən vətəndaş, şəxsən mən özüm ora getmək istəyirəm. Amma anlayıram ki, ora minalanıb. Mən ora istədiyim vaxt gedib-gələ bilmərəm. Bunun üçün xüsusi razılaşma olmalıdır. Düşünürəm ki, istənilən vətəndaş istədiyi vaxt ora gedib gələ bilməz. Bu, bizim üçün böyük problemdir. Eyni zamanda bu Azərbaycan xalqına hər hansı psixoloji durum gətirməməlidir. Biz bilirik ki, bunlar xalqımızı daha da mübariz edir. Xalqı öz lideri ətrafında daha da sıx birləşməsinə cəlb  edir. Mən bunu bilirəm. Millət vəkili olduğum üçün öz seçicilərimlə görüşürəm, eyni zamanda digər rayonlarda oluram. Və camaatın bu problemdə ölkə prezidenti ətrafında sıx birləşməsinin şahidiyəm. Amma problem həll olunmayıb. Həll olunmaqdan ötrü biz düşünməliyik ki, bunu necə və nə dərəcədə tez həll edə bilərik. Təbii ki, biz heç vaxt müharibədən danışa bilmərik. Biz ancaq sülh yolu ilə problemi həll edə bilərik. Biz hər birimiz bilirik ki, bizim kimi heç kim Azərbaycan əsgərini, Azərbaycan zabitini düşünmür. Məhz buna görə də biz daha artıq işləməliyik, daha da artıq fəaliyyətimizi genişləndirməliyik. Təbii ki, hərbçi sülh düşünməyəcək. Ancaq nə qədər mümükündürsə, biz sülh yolu ilə getməliyik.

- Qarabağ icmasın üzvü kimi maraqlı fikir sləndirdiniz. lhün alternativi yoxdur. erməni fi idir ki, bu in başında duran millət killərindən biri deyir ki, lhün alternativi yoxdur. Erməni nə fikirləşəcək?

- Erməni başa düşür ki, dünya ictimaiyyəti bizim haqlı sözümüzü artıq eşidir, bizim mövqeyimizi ədalətli görür. Ona görə də AŞPA-da 47 ölkənin millət vəkilləri Azərbaycanın mövqeyini dəstəklədi. Erməni isə həmişə olduğu kimi öz məkrli siyasətindən kənara çəkilmir, öz xalqını iflasa uğratdırır, heç bir inkişafı olmayan dövləti saxlayır, amma işğal faktından əl çəkə bilmir. Ona görə ki, özbaşına deyil. Ermənistan bu problemi özü həll etmək iqtidarında deyil. Ermənistanın başında dayanan səhra komandiri Sərkisyan bu gün dünyada gedən proseslərə siyasi mənada düzgün mövqe verə bilməyəcək. O bu cür prosesi görə bilməz, o, başa düşür ki, Azərbaycanın torpaqlarını işğal etməklə Ermənistanın siyasi hakimiyyətini işğal edib. Bundan da yararlanır. Birmənalı olaraq öz mövqeyindən əl çəkmək istəmir. Amma Ermənistan xalqı bunu görür və bilir. Və vaxt gələcək ki, o, öz layiqli cəzasını alacaq. Xocalı soyqırımını törətdiyinə görə Beynəlxalq Hərbi Tribunal qarşısında cavab verəcək. Və Azərbaycan sülh yolu ilə ərazi bütövlüyünü bərpa edəcək.

- Ermənistan vertolyotunun hv edilməsi sinə nasibətinizi öyrənmək istərdik. Bu hadisəQarabağ siyasətində ciddi bir kimi baxıldı. tta hadisə nya mediasında da yer aldı. Bunu necə qiymətləndirirsiniz?

- Mən buna ciddi məsələ kimi baxmıram. Bu adi bir məsələdir. İstəyir helikopter, istəyir tank, istəyir təyyarə olsun, Azərbaycan tərəfinə böyük atıcılıq qüvvəsinə malik olan texnika gələrsə, Azərbaycan əsgəri onu məhv etməyə hazırdır. Bu elementar bir hadisədir. Ermənistan helikopteri kəndlərimizi atəşə tutub, Azərbaycan əsgəri də onu məhv edib. Orada 10 helikopter olsaydı, 10-u da vurulacaqdı. Kadrlardan da göründüyü kimi ikinci helikopter məhz bu səbəbdən qaçıb getdi. Bu gün Azərbaycan zabiti bütün yüksək keyfiyyətlərə malikdir. Bunu bilmək lazıdmdır.

- Necə düşürsüz, 2014-ili Qarabağ sində bir rpəniş ili hesab etmək olarmı?

- Mən inanıram ki, bu problem öz həllini tapacaq. İstəyir 2014-cü il olsun, istəyir digər illər olsun, bu mənim birmənalı, səmimi mövqeyimdir. Mən heç bir halda Azərbaycan oxcusuna qeyri-səmimi söz deyə bilmərəm. Mən indiyə qədər belə söz deməmişəm və deməyəcəyəm də. Bu mənim daxilimdə olan arxayınlıqdır. Azərbaycan xalqının Heydər Əliyev kimi bir oğlu var, o bugün də mənim qəlbimdə yaşayır. Və Heydər Əliyevin siyasətini davam etdirəcək insan varsa, o da İlham Əliyevdir. O, bu gün Azərbaycan xalqının lideridir. Eyni siyasət bu gün də davam etdirilir. Və bu siyasət öz uğurunu öz xalqın bəxş edib. Bu siyasət xalqımızı daha firəvan, daha böyük, daha güclü Azərbaycana aparacaq. Heydər Əliyev siyasəti, İlham Əliyev iradəsi budur, buna xidmət edir.

Bir məsələni sizinlə bölüşmək istəyirəm. Uzun illərdir Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə tanıdılması üçün böyük işlər görülür.

Amerika, Rusiya, Fransadan söhbət gedir. Hamıya bəllidir ki, Fransada erməni lobbisi həddən artıq güclüdür. Buna baxmayaraq, Mehriban Əliyevanın Fransada göstərdiyi fəaliyyət nəticəsində artıq Fransanın siyasi qrumlarının mövqelərini ədalətə dəyişməsi göz qabağındadır. Belə sülh prosesində aparılmış uğurlu siyasəti qeyd etməyə bilmərəm. Dağlıq Qarbağ İcması idarə heyətinin üzvü kimi bilirəm ki, bu proseslər bizim haqlı səsimizi dünyaya çatdırmağa daha da artırmağa böyük önəm verir. Proses gedir, davam etdirilir. Mən tam əminəm ki, biz sülh yolu ilə torpaqlarəmızı azad edəcəyik.

- Xalqa 2014-cü ildə Qarabağla bağlı nə deyə bilərsiniz?

- Mən xalqı öz liderimiz ətrafında daha da sıx birləşməyə, təxribatçı fikirlərə uymamağa çağırıram. Hər birimiz torpaqlarımızın bütövlüyünün təmin olunması üçün birlik nümayiş etdirməliyik. Azərbycan xalqı, hamımız bir nəfər kimi bu yoldayıq. Azərbaycanın tarixi əraziləri işğal altındadır və biz bu problemi həll edəcəyik. Biz Ermənistana uduzmamışıq və uduzmayacağıq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır