Modern.az

İtkin düşən təyyarədən 6 cəsəd tapıldı

İtkin düşən təyyarədən 6 cəsəd tapıldı

Dünya

30 Dekabr 2014, 13:21


İndoneziyanın Surabaya adasından Sinqapura uçarkən bazar günü itən Malayziyanın “AirAsia” şirkətinə məxsus təyyarənin axtarışı zamanı 6 cəsəd tapılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Borneo adası yaxınlarında axtarış işlərini davam etdirən səlahiyyətlilər, itkin düşən təyyarənin sərnişinlərindən 6 nəfərin cəsədinin dənizdə  tapıldığını bildiriblər.

İndoneziya Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Bambang Sulistyo axtarış işləri əsnasında Java dənizində müşahidə olunan qalıqların böyük ehtimalla itkin təyyarəyə aid olduğunu ifadə etdi. Sulistyo dənizdəki obyektlər arasında təyyarənin təcili çıxış qapısı ilə alüminium parçalar olduğuna işarə edib. Təyyarədə tapılanların ailələri, Surabayadakı axtarış qurtarma mərkəzinə çağırılıb.

“AirAsia” şirkətinə aid “Airbus A320-200” tipli təyyarə İndoneziyanın Surabaya adasından Sinqapura uçarkən bazar günü yoxa çıxıb. Təyyarədə 7 pilotla yanaşı, 137 yaşlı, 17 uşaq və bir də körpə olub. Böyük qismi indoneziyalı olan sərnişinlər arasında bir İngiltərə, bir Malayziya, bir Sinqapur və 3 Cənubi Koreya vətəndaşı var.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!