Modern.az

Qarabağ separatçıları Moskvada ərzaq sərgisində iştirak edəcək

Qarabağ separatçıları Moskvada ərzaq sərgisində iştirak edəcək

Dünya

30 Dekabr 2014, 16:10

Azərbaycan ərazisində yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası” 2015-ci il fevralın 9-u 13-ü aralığında Moskvada keçiriləcək “Prodekspo-2015” sərgisinə qatılacaq. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qondarma rejimin “kənd təsərrüfatı naziri” Andranik Xaçatryan bu barədə məlumat verib. Onun sözlərinə görə, Moskvadakı sərgidə Dağlıq Qarabağda istehsal olunan ərzaq məhsulları və spirtli içkilər təqdim olunacaq:

“Avrasiya İttifaqı Qarabağ üçün geniş imkanlar açır. Bu böyük bazardı və buna görə öz fəlaiyyət sahəmizi konkretləşdirməliyik. Yerli fermerlərə olan ehtiyac buna görə artacaq”.

Xaçatryan sərgidə iştirak etmək üçün sifariş verdiyini və onlara bir neçə povilyonun ayrıldığını əlavə edib.

Hər il keçirilən “Prodekspo” Rusiyanın ən böyük ərzaq və yeyinti məhsulları sərgisidir.

Vüqar İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı