Modern.az

Prezidentin keçmiş kürəkəninə qətl ittihamı irəli sürüldü

Prezidentin keçmiş kürəkəninə qətl ittihamı irəli sürüldü

30 Dekabr 2014, 20:25


Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızının keçmiş əri Rahat Əliyevə iki bankirin qətli ilə bağlı ittiham irəli sürülüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Əliyev 2014-cü ilin iyun ayında Avstriyada həbs olunub. O, özünün həmin cinayətlə bağlılığını təkzib edir. Əliyevə qarşı Avstriyada cinayət işi 2011-ci ildə qaldırılıb. Ona qarşı irəli sürülən ittiham “Nurbank”ın top-menecerləri Joldas Timarilyev və Aybar Həsənovla münaqişəsi ilə bağlıdır. 2007-ci ildə bankirlər yoxa çıxıblar, 4 il sonra onların cəsədləri aşkarlanıb.

Rahat Əliyev barəsində vətənində analoji işlə bağlı istintaq başlayıb. 2008-ci ildə Qazaxıstan məhkəməsi onu qiyabi olaraq 20 il azadlıqdan məhrum edib. Ötən müddətdə Qazaxıstan hakimiyyəti iki dəfə onun ekstradasiyası ilə bağlı sorğu göndərib. Ancaq Vyana vətənində ona qarşı ədalətli məhkəmə araşdırması aparılması təmin edilməyəcəyinə görə prezidentin keçmiş kürəkənini təhvil verməkdən imtina edib.

Rahat Əliyev 2008-ci ilə qədər Qazaxıstan prezidentinin böyük qızı Dariqa ilə evli olub. O, əvvəllər bizneslə məşğul olub, güc strukturlarının rəhbərliyində (Milli Təhlükəsizlik Komitəsi, Prezidentin Mühafizə Xidmətində) işləyib. Sonradan isə Qazaxıstanın Avstriyadakı səfiri olub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir