Modern.az

CNN Rusiyada yayımını dayandırır

CNN Rusiyada yayımını dayandırır

30 Dekabr 2014, 22:26



Amerikanın CNN televiziya kanalı dekabrın 31-dən Rusiya ərazisində yayımını dayandırcaq. Modern.az-ın xarici KİV-ə istinadən vediyi xəbərə görə, kanalın xəbərləri ilə Turner Broadcasting System İnternational (TBS) şirkətinin nümayəndələri bildiriblər ki, CNN-nin Moskva bürosu işini davam etdirəcək. CNN kanalı Rusiya ərazisində kabel və sputnik şirkətləri vasitəsilə yayımlanırdı. Noyabr ayında TBS gələcəkdə CNN telekanalının Rusiyada yayımının dayandırılacağını xəbər verib. Şirkətin rəhbərliyi bunun səbəbini Rusiya qaunuvericiliyindəki dəyişikliklə izah ediblər. Həmin dəyişiklik KİV-in fəaliyyətini nizamlayır, o cümlədən 2015-ci ilin yanvarından ödənişli kanalda reklamı qadağan edir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?