Modern.az

Müxalifət Moskvada aksiya keçirir: Aleksey Navalnı saxlanılıb

Müxalifət Moskvada aksiya keçirir: Aleksey Navalnı saxlanılıb

30 Dekabr 2014, 22:57

Moskvadakı Manej meydanı yaxınlığında etiraz aksiyası iştirakçılarının kütləvi həbsi başlayıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, şahidlər sosial şəbəkələrdə bildirirlər ki, polis heç bir səbəb olmadan birbaşa küçələrdə insanları saxlayır.

Digər məlumata görə, Rusiya Dövlət Dumasının yaxınlığında ən azı 22 nəfər saxlanılıb. Tver küçəsində isə OMON və polisin saxladığı mitinq iştirakçılarının sayının 40-a yaxın olduğu bildirilir. Ümumilikdə Manej meydanında və Moskvanın ayrı-ayrı ərazilərində saxlanıların sayının ən azı 117 nəfər olduğu da iddia edilir.

Saxlanılanlar arasında bu gün məhkəmədə barəsində 3,5 il qiyabi hökm çıxarılan müxalifətçi Aleksey Navalnı da var. O, ev dustağı kimi qadağaya məhəl qoymayaraq Manej meydanına tərəf hərəkət etmək istəsə də, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun yenidən ev dustağı kimi qaldığı mənzilə aparıldığı bildirilir. Hüquq müdafiəçisi Lev Ponomaryovun da aksiyada saxlanıldığı iddia edilir.






Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?