Modern.az

Yeltsin 15 il əvvəl, bu gecə hakimiyəti Putinə verib

Yeltsin 15 il əvvəl, bu gecə hakimiyəti Putinə verib

31 Dekabr 2014, 22:03


Düz 15 il əvvəl 1999-cu il dekabrın 31-də Rusiyanın ilk prezidenti Boris Yeltsin rusiyalılara ənənəvi Yeni il müraciətində bəyan edib ki, istefaya gedir. Modern.az-ın məlumatına görə, Yeltsin məhz həmin müraciətində varisinin Vladimir Putin olacağını da elan edib:

“Mən qərar qəbul etmişəm. Uzun müddət və əzab çəkərək bu haqda düşünmüşəm. Bu gün yola saldığımız əsrin son günüdə, mən istefaya gedirəm”.

O, istefasının səbəbini “yorulması” ilə izah etsə də, ancaq bunun səhhəti ilə yox, problemlərin çoxluğu ilə bağlı olduğunu da vurğulayıb. Müraciətində yerini hökumət başçısı Putinə verdiyini xatırladan Yeltsin sonda belə bir çağırış da edib: “Rusiyanı qoruyun!”

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir