Modern.az

Şimali Koreya lideri kiçik bacısını ərə verdi

Şimali Koreya lideri kiçik bacısını ərə verdi

2 Yanvar 2015, 22:11


Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın kiçik bacısı Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin katibi Tsoy Ryon Xeyin oğluna ərə gedib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, liderin kürəkəni ölkədə nüfuzuna görə ikinci adam sayılır. Digər məlumata görə, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin şöbə rəisi postunu tutan Kim Yo Çjon ötən il ərə gedib. Şimali Koreyanın “Hodon sinmun” partiya qəzetinin son saylarından birində Kim Yo Çjonun nişan üzüyü ilə fotosu çap olunub.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi