Modern.az

Britaniya şahzadəsi Endryu uşaqbazlıqda suçlanır, saray təkzib edir

Britaniya şahzadəsi Endryu uşaqbazlıqda suçlanır, saray təkzib edir

3 Yanvar 2015, 10:39



Bukingem Sarayı şahzadə Endryu haqqında azyaşlı uşaqlara qarşı əxlaqsız hərəkət barədə ittihamları" rədd edib. Şahzadənin adı ABŞ məhkəmə sənədlərində yer alıb.

Bir qadının Florida məhkəməsinə göndərdiyi şikayətdə şahzadə Endryunun adı çəkilir. Şikayət  prokurorluğun maliyyəçi Ceffri Epşteynə qarşı məhkəmə işinə necə baxdığı haqqındadır.

Qadın iddia edir ki, 1999-2002-ci illər arasında, o uşaq olanda Epşteyn onu şahzadə ilə cinsi əlaqədə olmağa məcbur edib.

Saraydan deyilib ki, məhkəmə prosesinin detalları haqqında şərh verməyəcək.

Modern.az-ın BBC Azərbaycanca-ya istinadən verdiyi məlumata görə, Bukingem Sarayı sözçüsü deyib: "Bu, ABŞ-da uzun müddətdir davam edən sivil şikayətə aiddir. York Hersoqu bu şikayətdə tərəf deyil.

Beləliklə biz detallar barədə şərh verməyəcəyik. Lakin hər hansı şübhəni aradan qaldırmaq üçün deyirik ki, azyaşlı uşaqlarla yersizlik barədə hər hansı ittihamlar tamamilə yanlışdır".

Şikayətçi qadın isə deyir ki, o, London, Nyu-York və Epşteynə məxsus Karib adasında şahzadə ilə cinsi əlaqədə olmağa məcbur edilib.

Bundan əvvəl şahzadə Endryu Epşteyn ilə keçmişdə dost olduğuna görə tənqid olunub. Epşteyn 2008-ci ildə seksual xarakterli cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuşdu.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir