Modern.az

Jurnalistlərə tikiləcək ev dəniz kənarında olacaq

Jurnalistlərə tikiləcək ev dəniz kənarında olacaq

25 Avqust 2010, 23:04

Bu ilin iyul ayında Milli Mətbuatın 135 illiyi münasibətilə prezident İlham Əliyev özünün ehtiyat fondundan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılmasını nəzərdə tutan sərəncam imzalayıb. Elə həmin vaxtdan da bu vəsaitə neçə mənzil tikmək və nə qədər jurnalisti evlə təmin etməyin mümkünlüyü barədə müzakirələr gedir, araşdırmalar aparılır. Fondun icraçı direktoru Vüqar Səfərli mətbuata açıqlamasında bu məqsəd üçün hər mərtəbədə 4-5 mənzil olmaqla bir 16 mərtəbəli binanın inşa ediləcəyi bildirib. Bəzi qurumlar isə bildirlər ki, ayrılan vəsaitlə daha çox mənzil inşa etmək olar. Məsələn, “Əmlak bazarı iştirakçıları” İctimai Birliyi kimi.

Vüqar Səfərli isə “Azadlıq” radiosuna deyib ki, indidən məslə barədə mətbuatda tələsik fikir yürüdülməsindən narazıdır. Deyir ki, artıq tikiləcək bina üçün torpaq ayrılıb. Özü də pulsuz. İndi onun sənədləşdirilməsi işi gedir. Sonra müəyyənləşdiriləcək ki, ayrılan vəsaitə orada neçə kvatratmetrlik bina tikmək olar. Bundan sonra tender elan olunacaq: «Hər bir iş getdikcə şəffaf şəkildə mətbuatda bu barədə məlumat veriləcək. Hər bir köpüyün nəyə işlənməsi barədə hesabat veriləcək. O deyilən şirkətlər buyursunlar gəlsinlər həmin tenderdə iştirak etsinlər. İnandırsınlar ki, imkanları var və bu qiymətə tikə bilərlər binanı. Əlbəttə, biz də istəyərik ki, ucuz və keyfiyyətli olsun. Bu iş şəxsən prezidentin nəzarətindədir və gözəl bir bina olacaq. Dənizin kənarında, gözəl bir yerdədir. Və mənzillər təmir olunmuş halda jurnalistlərə təhvil veriləcək». Bəs mənzillərin jurnalistlər arasında bölünməsi hansı qayda ilə həyata keçiriləcək? Vüqar Səfərli deyir ki, hələlik bu bölgünü aparmağın kriteriyaları müəyyənləşməyib. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir