Modern.az

Bakı 2015 Avropa Oyunlarını yayımlayacaq ölkələrin sayı 47-yə çatdı

Bakı 2015 Avropa Oyunlarını yayımlayacaq ölkələrin sayı 47-yə çatdı

2 Fevral 2015, 16:29

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi İspaniya, Portuqaliya, Estoniya, Latviya və Sloveniyada birinci Avropa Oyunlarının yayımlanmasını təmin edəcək beş müqaviləyə imza atıb.

Bu barədə Modern.az-a Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.

Bağlanan yeni müqavilələrə əsasən, İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın RTV Slovenija və Portuqaliyanın ödənişli Sport TV adlı ictimai televiziya şirkətləri oyunlar müddətində Avropa Oyunlarını bütün günlər ərzində və ya minimum saatlar çərçivəsində yayımlayacaq. Bakı 2015 artıq dünyada bir milyarddan artıq tamaşaçının yarışları izləyə bilməsini təmin edəcək yeni sazişlərə malikdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Mən Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Avropanın daha beş aparıcı televiziya şəbəkəsi ilə yayım sazişi imzalamasından və bununla da müqavilə bağlanan ölkələrin sayının 47-ə çatmasından çox məmnunam.”

Oyunlar müddətində yarışları geniş işıqlandırmaqdan əlavə, İspaniyanın RTVE kanalı açılış və bağlanış mərasimlərini də canlı yayımlayacaq. Sport TV şirkəti isə əvvəlcədən təyin edilən və 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, eyni zamanda, Mozambik və Anqolada oyunların yayımını təmin edəcək.

RTV Slovenija, Latviyanın LTV və Estoniyanın ERR televiziya şirkətləri də oyunların geniş şəkildə işıqlandırılması öhdəliyinə malikdirlər.

2015-ci ilin 12-28 iyununda keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı