Modern.az

Ali məktəblərdə çalışan alimlər 435-760 manat maaş alırlar

Ali məktəblərdə çalışan alimlər 435-760 manat maaş alırlar

8 Oktyabr 2009, 15:41

Təhsil Nazirliyinin məlumatına görə, hazırda Azərbaycandakı 37 dövlət ali təhsil müəssisələrində 12450, 16 özəl ali məktəblərdə isə 1960 müəllim işləyir. Modern.az-ın Təhsil Nazirliyinin ali və orta ixtisas təhsli şöbəsindən əldə etdiyi məlumata görə, hazırda ölkədə olan 1824 elmlər doktorundan 842-si ali məktəblərdə dərs deyirlər. 8764 elmlər namizədindən isə 4037-si Təhsil Nazirliyi sistemində  çalışır. Nazirliyin iqtisadiyyat şöbəsindən öyrəndik ki, hazırda ail təhsil müəssiəssində çalışan professor 520 manat, dosent 435 manat, elmlər doktoru olan kafedra müdiri 690 manat, elmlər doktoru olan dekan 760 manat aylıq əməkhaqqı alır.

Nazirlikdən bildirilib ki, Boloniya Bəyannaməsinin müddəalarına uyğun olaraq, ali təhsil sisteminin yeniləşdirilməsi və təhsilin keyfiyyətinin ümumavropa tələblərinə uyğunlaşdırılması prosesi davam etdirlir. Hələlik 21 ali məktəbdə 30 ixtisas üzrə kredit sistemi tətbiq edilir, 15 ali və 6 orta ixtisas təhsili müəssisəsi akkreditasiyadan keçirilib.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi