Modern.az

İŞİD-in edam etdiyi yapon jurnalistin mesajı rekord qırır

İŞİD-in edam etdiyi yapon jurnalistin mesajı rekord qırır

Dünya

3 Fevral 2015, 13:00



“İraq Şam İslam Dövləti”nin (İŞİD) bir müddət əvvəl edam etdiyi iki yapon jurnalistdən birinin- 47 yaşlı Kenji Qotonun Twitter hesabında 4 il əvvəl paylaşdığı mesaj ictimai mediada paylaşma rekordları qırır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist sosial mediada Fransa şərabından, yorğun gözlərindən şikayət edir və Suriyadakı həyatından bəhs edir.

Yapon jurnalistin 2010-cu il sentyabrın 7-də yazdığı mesaj xüsusilə maraqlıdır: “Gözlərimi bağlayıram və hərəkət etmirəm. Hirslənər, ya da bağırarsan, bu, hər şeyi bitirər. Bu duaya yaxın bir şeydir. Nifrət insanlar üçün deyil. Ancaq Tanrı mühakimə edər. Mən ərəb qardaşlarımdan bunu öyrəndim”.

Qeyd edək ki, statusların Gotoya məxsus olduğunu həyat yoldaşı Toşi Maeda da təsdiq edib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür