Modern.az

Jurnalist Müşfiq Həqq KİV-dən uzaqlaşıb, Azərbaycanı birdəfəlik tərk edib

Jurnalist Müşfiq Həqq KİV-dən uzaqlaşıb, Azərbaycanı birdəfəlik tərk edib

Media

1 Sentyabr 2010, 13:42

Modern.az Azərbaycan mətbuatında tanınan imza sahibləri olan və uzun müddətdir KİV-də imzası göranməyən jurnalistlər barədə məlumatları oxuculara çatdırmaqda davam edir.
Bu dəfə tanınmış jurnalist Müşfiq Məmmədovu aradıq.  KİV-də “Müşfiq Həqq” imzası ilə tanınan jurnalist çoxdandır mediadan uzaqlaşıb. Bu barədə Modern.az-a jurnalistin özü məlumat verib. Keçmiş jurnalist ölkəni birdəfəlik tərk edib və hazırda ailəsi ilə birgə Türkiyədə yaşayır. Müşfiq bəy Türkiyədə hətta adını dəyişərək “Dimes Hakk” kimi yazdırıb.

Qeyd edək ki, 90-cı illərdə mediada nufuzlu imza sayılan Müşfiq Həqq bir sıra aparıcı KİV-lərdə çalışıb. Jurnalist 90-cı illərin əvvələrində “Xalq Qəzeti”ndə müxbir, “Millət” qəzetində şöbə müdiri, “Mərkəz” qəzetinin baş redaktoru vəzifəsində işləyib. Onun son iş yeri “Ayna” qəzeti olub. “Ayna”da Müşfiq Həqq köşə yazarı və siyasi şərhçi olaraq çıxış edirdi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi