Modern.az

Dünyanın ən çox tıxac olan şəhərləri - SİYAHI

Dünyanın ən çox tıxac olan şəhərləri - SİYAHI

Dünya

4 Fevral 2015, 23:24

Mühərrik yağı istehsal edən “Castrol” dünyanın ən çox nəqliyyat tıxacı ilə üzləşən 10 şəhərinin reytinqini hazırlayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, dünyanın 78 şəhərində yol hərəkəti ilə bağlı avtomobil və fərdi GPS-naviqasiya cihazları vasitəsilə araşdırma aparılıb.

Beləliklə, məlum olub ki, dünyanın ən böyük tıxacı İndoneziyanın paytaxtı Cakartanın avtomobil yollarında yaranır. İlk onluqda İstanbul (Türkiyə), Mexiko(Meksika), Surabayya (İndoneziya), Roma (İtaliya), Banqkok (Tayland), Qvadalaxar (Meksika), Buones-Ayres (Argentina), Moskva (Rusiya) və Sankt-Peterburq (Rusiya) şəhərləri də var.

Nəqliyyat kollapsı təhlükəsindən ən azad şəhər Finlandiyanın Tampere şəhəri hesab olunur. Onun ardınca Rotterdam (Hollandiya), Bratislava (Slovakiya), Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Brisbeyn (Avstraliya) və Antverpen (Belçika) şəhərləri gəlir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!