Modern.az

Ukraynada daha bir gürcüstanlıya vəzifə verildi

Ukraynada daha bir gürcüstanlıya vəzifə verildi

5 Fevral 2015, 11:47



Ukrayna Nazirlər Kabineti daha bir Gürcüstan vətəndaşını dövlət postuna təyin edib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna ədliyyə nazirinin müavini vəzifəsinə Qiya Geçadze təyin olunub. Geçadze nazirliyin antikorrupsiya fəaliyyətinə və qeydiyyat-icra xidmətlərində islahatların aparılmasına cavabdeh olacaq.

2003-2004-cü illərdə Qiya Geçadze analoji postu Gürcüstanda icra edib. Sonralar isə Gürcüstan daxili işlər nazirinin müavini kimi çalışıb.   2014-cü ilin dekabrında təsdiq olunan Ukraynanın yeni  Nazirlər Kabinetinin tərkibində bir sıra əcnəbi ölkə vətəndaşları yer alıb. Belə ki, Ukraynanın maliyyə naziri postuna əslən ukraynalı olan ABŞ vətəndaşı Nataliya Yaresko, iqtisadi inkişaf və ticarət naziri postuna Litva vətəndaşı Ayvaras Abramaviçus, səhiyyə naziri postuna isə Gürcüstan vətəndaşı Aleksandr Kvitaşvili təyin olunublar.    

Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?