Modern.az

Cənubi Koreyada azərbaycanlıların "Buta" futbol klubu yaradılıb

Cənubi Koreyada azərbaycanlıların "Buta" futbol klubu yaradılıb

Mədəni̇yyət

1 Sentyabr 2010, 16:03

Koreyada yaşayan müxtəlif xalqların nümayəndələrindən ibarət futbol komandaları arasında hər ilin mart və sentyabr aylarında çempionat keçirilir. “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatı yerli və xarici tələbə təşkilatları, digər ictimai qurumlarla əməkdaşlığı inkişaf etdirmək və çempionatda ölkəmizi təmsil etmək məqsədilə azərbaycanlı tələbələrdən ibarət “BUTA” Azərbaycan futbol komandasının yaradılması təşəbbüsü ilə çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu təşəbbüsü yüksək dəyərləndirən Azərbaycanın Cənubi Koreyadakı Səfirliyi bu ölkədə təhsil alan tələbələrimizdən ibarət "BUTA"komandasının yaradılması və çempionatda iştirakı üçün zəruri olan bütün maddi və mənəvi dəstəyi göstərib. Komanda atrıq çempionatda iştirak etmək üçün qeydiyyatdan keçib və gənclərimiz üçün üzərində loqosu və Azərbaycan bayrağı olan formalar hazırlanıb. Komanda sentyabrın 4-dən etibarən turnirə qatılacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu