Modern.az

“Rusiya tarixində hələ bu qədər çox uşaq doğulmamışdı” - NAZİR

“Rusiya tarixində hələ bu qədər çox uşaq doğulmamışdı” - NAZİR

5 Fevral 2015, 12:45


2014-cü ildə Rusiyada ölkə tarixinin ən yüksək doğum göstəricisi qeydə alınıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə əmək naziri Maksim Tupilin məlumat verib.

“Biz prezidentə məruzə etmişik ki, ötən il ölkədə 1 milyon 947 min nəfər körpə dünyaya gəlib. 1 il ərzində Rusiya tarixində hələ bu qədər çox uşaq doğulmamışdı”.

Nazir ardıcıl 3 ildir ki, ölkədə doğum səviyyəsinin 1,9 milyondan aşağı düşmədiyini bildirib. Bundan əlavə, o ötən il Rusiya əhalisiinn 33 min nəfər artdığını fiksasiya etdiklərini vurğulayıb.

Əhalinini təbii artımına müsbət təsir göstərən amillər kimi orta ömürünü uzanması, uşaq ölümlərinin isə azalması göstərilib.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir