Modern.az

Saakaşvili haqda serial çəkiləcək - Filmdə erotika da olacaq

Saakaşvili haqda serial çəkiləcək - Filmdə erotika da olacaq

6 Fevral 2015, 12:26


Gürcüstanda keçmiş prezident Mixail Saakaşvili və onun sədri olduğu “Milli Hərəkat” Partiyasının 9 il davam edən iqtidarı haqda siyasi serial çəkiləcək. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, serialın rejissoru vaxtı ilə Münaqişələrin Nizamlanması Nazirliyinə rəhbərlik edən Georgi Xaindrava olacaq.

“Serial sırf Saakaşvili və onun partiyası haqda olmayacaq. Serialda onun hakimiyyəti dövründə

 insanların yoxsul həyatı, şəhər və həbsxanalardakı vəziyyətdən bəhs ediləcək. Serial bütün janrları: dram, faciə, erotika, detektiv və s. özündə ehtiva edəcək. Həmin dövr mənə yaxındı və çox şeyləri yaxşı bilirəm. Düşünürəm ki, mən bu işi görmək üçün hazıram”, - deyə Xaindarava deyib.

Georgi Xaindrava aktyor seçiminə yaxın zamanlarda başlayacaqlarını, çəkilişlərin isə bu ilin payızında baş tutacağın vəd verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir