Modern.az

Dahilərin ölümdən qabaqkı SON SÖZLƏRİ

Dahilərin ölümdən qabaqkı SON SÖZLƏRİ

6 Fevral 2015, 12:59

Dünyada elə dahilər olub ki, onlar hətta ölüm anında dedikləri son cümlələrlə bəşəriyyətə xidmət ediblər. Modern.az dahilərin ölümündən qabaqkı son sözlərini təqdim edir:

Mövlanə Cəlaləddin Rumi, (filosof, Mövləvilik təriqətinin banisi) -  “Əzrayıl tez ol. Allahım məni öz hüzuruna dəvət edir”.

Nəcib Fazil Qısakürək (türk romantik şeirinin nümayəndəsi) – “Demək belə ölürlərmiş...”.

Fateh Mehmet (Osmanlı sultanı) – “Həkimlər mənə niyə qıydınız?”.

Albert Eynşeteyn (böyük alim, fizik) – “Mən missiyamı burada bitirirəm”.

Adölf Hitler (nasist lideri) – “Cəsədimin rusların əlinə keçməsinə imkan verməyin. Onu Moskvada heykəl edərlər”.

Çarli Çaplin (aktyor)  – “Allah ruhunu əfv etsin” deyən keşişə : “Niyə də yox. Necə də olmasa öz malıdır”.

Çe Gevara – (Kuba azadlıq hərəkatının lideri)  - “Vur qorxaq adam, nəticədə yalnız bir adam öldürəcəksən”.

Namiq Kamal - (türk romantik şeirinin nümayəndəsi)–  “İmkan verin, bir az dincəlim”.

Bethoven (alman bəstəkar) – “Komediya bitdi”.

Nikolay Qoqol - (rus yazıçısı)- “Bir nərdivan, təcili bir nərdivan gətirin”.

İohann Höte (alman şair) – “Bir az daha işıq...”.

Amadey Motsart (avstriyalı bəstəkar)  – “Ölümün ləzzəti dilimin ucundadır. Bu dünya olmayan bir zövq his edirəm”.

Oskar Uayld (yazıçı) – “Ya divar kağızları gedir, ya da mən...”. 

Viktor Hüqo – (yazıçı) -  “Qara bir işıq görürəm”.

Mustafa Kamal Atatürk (Türkiyə lideri) – “... Və əleyküm salam”.

Məhəmməd Əmin Rəsulzadə (AXC lideri) –  “Azərbaycan, Azərbaycan, Azərbaycan”.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər