Modern.az

Türkiyə “Eurovision”a qayıdır

Türkiyə “Eurovision”a qayıdır

6 Fevral 2015, 13:27


Türkiyə yenidən “Eurovision” mahnı yarışmasına qatılmaq haqda qərar verib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu, 2016-cı il yarışmasında baş tutacaq.

2013-cü ildə səsvermə və püşkatma sistemini tənqid edən TRT “Eurovision” mahnı yarışmasına bir daha qatılmama qərarı alıb. Ancaq Avropa Yayım Birliyinin üzrxahlığı və TRT-nin tələblərinin böyük nisbətdə qəbul edilməsinin ardından təşkilat, yarışmaya qatılmağa yenidən müsbət yanaşıb.

TRT-nin baş direktoru Şenol Göka deyib: “Yalnız səs vermə sistemi deyil, əxlaqi sistemə bağlı da bəzi problemlər vardı. Bunlara bağlı tənqidlərimiz vardı, tədbirlər görüldü”.

“Eurovision” mahnı yarışmasının əhəmiyyətli bir maliyyə tələb etdiyini və bu maliyyənin doğru istifadə edilməsinin şərt olduğunu qeyd edən Gökanın sözlərinə görə, Avropa Yayım Birliyinin rəhbərliyindən razı deyildilər:
 “Qaynaqlar doğru istifadə edilməlidir. İtaliya kimi, Rumıniya kimi ölkələrin də bənzər tənqidləri var. Bolqarıstan da yarışmadan geri çəkilməyi müzakirə etdi. Tələblər yerinə yetiriləcək və qatılacağıq”.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir