Modern.az

Qərb liderlərinin Moskva səfəri ümidləri DOĞRULTMUR: Putin öz ampluasındadır

Qərb liderlərinin Moskva səfəri ümidləri DOĞRULTMUR: Putin öz ampluasındadır

7 Fevral 2015, 21:50

“Şükür Allaha ki, müharibə yoxdur. Ammm müxtəlif vasitələrlə bizim inkişafımızın qarşısını almaq istəyirlər”. Modern.az saytının verdiyi xəbərə görə bunu Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqının qurltayında çıxış edən prezident Vladimir Putin deyib.

Kreml başçısı bildirib ki, Sovet İttifaqının dağılmasından sonra dünyada yaranan güc mərkəzi tək qalmaq arzusundadır və onlar dünya nizamını pozmaq istəyir.  

Vladimir Putin sanksiyaların Rusiyaya elə də təsir etməyəcəyini də vurğulayıb. “Bizim əsas məqsədimiz suverenliyimizin səviyyəsini qaldırmaqdan ibarətdir və biz iqtisadi inkişafa önəm verməliyik”,-deyə o söyləyib.

Rusiya lideri onu da qeyd edib ki, heç kimlə müharibə aparmaq niyyətləri yoxdur.  

Ötən gün Moskvada səfərdə olan Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Vladimir Putinlə görüşüb. Liderlər görüşdə Ukrayna böhranını müzakirə edib.

Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov verdiyi açıqlamada bildirib ki, görüşün nəticəsinə görə, liderlər Ukrayna böhranı ilə bağlı əldə edilmiş Minsk razılaşmasının  implementasiyası üzrə mümkün birgə sənəd hazırlayır.   

Münhen Təhlükəsizlik Konfransında çıxış edən Angela Merkel isə bildirib ki, Moskvada baş tutan görüşün müsbət təsirinə ümid etmir.  

Fransa prezidenti Fransua Olland isə bildirib ki, onların Moskvada baş tutan görüşləri Ukrayna böhranının tənzimlənməsi ilə bağlı axırıncı şansdır.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Fransua Olland və Angela Merkeli qəbul edib. Liderlər arasındakı görüş 5 saat davam edib.    

Modern.az    


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir