Modern.az

Merkel Putinə ultimatum verdi

Merkel Putinə ultimatum verdi

Dünya

9 Fevral 2015, 12:47

“Wall Street Journal”a Qərbin diplomatik dairələrdəki mənbədən verilən məlumata görə, Almaniyanın kansleri Angela Merkel hesab edir ki, fevralın 11-də Minskdə keçiriləcək “Normand dördülüyü”nün görüşündə Rusiya prezidenti Vladimir Putin Almaniya və Fransanın təklif etdiyi sülh planı ilə razılaşacaq.

Modern.az saytı bildirir ki, mənbənin sözlərinə görə, əgər Rusiya Minsk sammitində yeni “yol xəritəsi”ndən imtina edərsə, Merkel Rusiya şirkətlərinə və ayrı-ayrı şəxslərə qarşı sanksiya siyahısını genişləndsirəcək, xaricdəki hesabları dondurulacaq.

Mənbənin bildirdiyinə görə, Merkel Putinə onu da bəyan edib ki, Rusiya sülh planından imtina edəcəyi təqdirdə, Almaniya Ukraynanın silah təminatı ilə bağlı ABŞ-ın planına mane olmağa çalışmayacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir