Modern.az

Erməni zabit zirehli gödəkcə satdığına görə mühakimə olunacaq

Erməni zabit zirehli gödəkcə satdığına görə mühakimə olunacaq

9 Fevral 2015, 14:45

Ermənistanda yüksək rütbəli zabit vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, N saylı hərbi hissənin artilleriya-raket qoşunlarının rəisi Qriqori Nadiryan əsgərlərdən birinin “Nubaraşen” poliqonunda atdığı zirehli gödəkcə, dəbilqə və ləvazimatları aşkar edərək komandanlığa məlumat vermədən öz qarajına aparıb, daha sonra isə satıb. İstintaq zabitə qarşı 2 maddə üzrə cinayət işi açıb.

Qriqoryanın işi üzrə məhkəmə iclası fevralın 25-də keçiriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir