Modern.az

Obama Putinə zəng vurdu, hədələdi

Obama Putinə zəng vurdu, hədələdi

Dünya

11 Fevral 2015, 02:02

ABŞ prezidenti Barak Obama fevralın 11-nə keçən gecə Rusiya prezidenri Vladimir Putinə zəng edib. Modern.az-ın məlumatına görə, Ağ Evdən “Röyters”ə bildirilib ki, telefon danışığı zamanı Obama Putinə xəbərdarlıq edib.

Barak Obama deyib ki, Ukraynaya qarşı təcavüzü davam etdirəcəyi təqdirə Rusiyada sanksiyalar nəticəsində qiymətlər daha da yüksələcək, iqtisadi böhran dərinləşəcək.

Obama Putinə xatırladıb ki, rəsmi Moskva Donbas separatçılarına silah, maliyyə və əsgər yardımı göstərir. ABŞ prezidenti Vaşinqtonun Ukraynanın suverenlyi və ərazi bütövlüyünə dəstəyini bir daha təkrar edib.

Telefon danışığı zamanı Barak Obama rusiyalı həmkarını Ukrayna konfliktinin nizamlanmasına dair sülh planı ilə razılaşmağa çağırıb. Obama bildirib ki, Fransa, Almaniya, Ukrayna və Rusiya nümayəndələri arasında keçiriləcək Minsk danışıqlarının nəticə verəcəyinə ümid bəsləmək istəyir.

Qeyd edək ki, tərəflər arasında keçiriləcək həmin görüş martın 11-də baş tutacaq.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?