Modern.az

Prezidentlərin Minsk danışıqları yenidən bərpa olundu

Prezidentlərin Minsk danışıqları yenidən bərpa olundu

12 Fevral 2015, 12:16


“Normand dördlüyü”nün səhər saatlarında Minskdə yekunlaşan danışıqları yenidən bərpa olunub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Vladimir Putin, Pyotr Poroşenko, Angela Merkel və Fransua Olland danışıqlar zalına daxil olublar. Onlara ölkələrin xarici işlər nazirləri və ATƏT-in nümayəndəsi Haydi Talyavini də qoşulub. Diplomatik mənbələr danışıqların daha bir neçə saat davam edə biləcəyini bildirir.

Minskdə olan separatçı “Donetsk Xalq Respublikası”nın və “Luqansk Xalq Respublikasının “prezidentləri” İqor Plotnitski və Aleksandr Zaxarçenko “Normand dördlüyü”nün razılaşdırdığı Minsk sənədini imzalamaqdan imtina ediblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?