Modern.az

Lukaşenko prezidentlərin görüşündən DANIŞDI: “Bir neçə vedrə kofe içiblər”

Lukaşenko prezidentlərin görüşündən DANIŞDI: “Bir neçə vedrə kofe içiblər”

12 Fevral 2015, 14:38

Belarus prezidenti Aleksandr Lukaşenko Minskdəki Müstəqillik Sarayında qəbul etdiyi ali qonaqlarla bağlı bəzi məqamları açıqlayıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Belarusun dövlət başçısı deyib: “Siz gördünüz, necə təşkil olunmuşdu. Belarusda və Rusiyada istehsal olunan hər şey yedizdirdik. Yumurta, pendir, süd məhsulları yeyiblər, bir neçə vedrə kofe içiblər”.

Onun sözlərinə görə, Ukraynadakı situasiya ilə bağlı Fransa prezidenti Fransua Olland, Almaniyanın kansleri Angela Merkel, Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında bütün gecə boyu davam danışıqlar zamanı nümayəndə heyətlərinin ekspertləri növbə ilə yatıblar, ancaq dövlət başçılarının istirahət üçün vaxtları olmayıb.

Danışıqlar prosesini izləyən jurnalistlər də bütün gecəni oyaq qalıblar, onlara ət yeməkləri verilib, hətta spirtli içkilər də qəbul edə biliblər.









Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi