Modern.az

Putin Ukraynadakı separatçıların liderlərinə təsir edib – RƏSMİ AÇIQLAMA

Putin Ukraynadakı separatçıların liderlərinə təsir edib – RƏSMİ AÇIQLAMA

13 Fevral 2015, 00:05

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin qondarma  Donetsk və Luqansk  Xalq Respublikalarının separatçı liderləri  Aleksandr Zaxarçenko ilə İqor Plotniçkoya təsir etdiyini deyib.

Modern.az saytının Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya liderinin dediklərini təsdiqləyib. Kreml rəsmisi bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun Rusiyanın ultimatum dilində danışması haqqında verdiyi bəyanat həqiqəti əks etdirmir.  

Onun sözlərinə görə “Normand dördlüyü” ölkələri liderlərinin Minsk danışıqları sərt və emosionallığı ilə yadda qalıb.

Qeyd edək ki, fevralın 11-də Minskdə Fransa, Almaniya, Rusiya və Ukrayna liderlərinin görüşü başlayıb və tərəflər fasilələrlə 16 saat müzakirə aparıblar. Görüşdə Ukrayna münaqişəsinin həlli ilə bağlı atəşkəs razılaşması əldə edilib. Atəşkəs rejimi Kiyev vaxtı ilə fevralın 15-də, saat 00:00-da qüvvəyə minəcək. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir