Modern.az

Yerevanda siyasi qarşıdurma - Sərkisyan müxalifət liderinin obyektlərini əlindən alacaq

Yerevanda siyasi qarşıdurma - Sərkisyan müxalifət liderinin obyektlərini əlindən alacaq

Dünya

14 Fevral 2015, 12:22

Uzun illər Ermənistan hakimiyyətinə loyal münasibəti ilə seçilən “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan ötən gün Serj Sərksiyana qarşı radikal müxalifətə keçdi. İqtidardakı Respublika Partiyasının iclasında Tsarukyanı kəskin tənqid edən Sərkisyan onu Ermənistan Təhlükəsizlik Şurasının üzvlüyündən azad etdi. Bundan başqa, o, opponentinin parlament iclaslarına qatılmamasını, özünə məxsus şirkətlərin köməyilə milyardlarla dram pulu vergidən yayındırmasına görə kəskin tənqid etdi.
Modern.az saytı xəbər verir ki, Ermənistan “168 jam” qəzeti Sərksiyan-Tsarukyan qarşıdurması ilə bağlı məqalə yazıb. Məqaləni ixtisarla təqdim edirik.

“Respublika Partiyasının məlum iclasında prezident Serj Sərkisyan Qaqik Tsarukyanın vergidən yayınması ilə bağlı çıxış etdi. Prezident qeyd etdi ki, xeyriyyəçilik adı ilə təqaüdçülərin oğurlanan milyardları və gənclərin əlindən alınan təhsil hüququ Tsarukyan tərəfindən istismar olunub. Onun ödəmədiyi milyardlarla dram vergi barədə şayiələrə də aydınlıq gətirilməyib. “Mən baş nazirə tapşırıram ki, müvafiq orqanlara göstəriş versin və və bu şaiyələrin əsaslı olub-olmamasını müəyyənləşdirsinlər”,-Sərkisyan deyib.

Bu o deməkdir ki, yaxın vaxtlarada Tsarukyanın biznes obyektlərində yoxlamaların başlanması istisna deyil. Belə şirkətlərin sayı isə çoxdur. 2014-cü ildə Ermənistanda ən böyük 1000 vergi ödəyicisi arasında Qaqik Tsarukyanla əlaqəli 16 şirkət var. 50-dən artıq şirkət isə hər il on milyonlarla dram vergi ödəsə də, iri vergi ödəyiciləri arasında deyil.

Qeyd edək ki, adı çəkilən 16 şirkət 2014-cü ildə Ermənistan büdcəsinə 12,3 milyard dram (201 milyon dollar) vergi ödəyib. Hakimiyyətin vergi repressiyalarına məruz qalacaq həmin şirkətlər “Onita Klab” əyləncə mərkəzi, “Zvartnots Hendlinq” QSC, “Araratsement”QSC, “Yerevan çaxır-konyak kombinatı”, “Ermənistan-Belarus Ticarət Evi” ASC, “Maqas İnvest”, “Multi Leon”, “Multi qaz” QSC və “Kotayk” pivə zavodu və digərlərindən ibarətdir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər