Modern.az

Ukraynanın məşhur futbolçuları orduya çağırıldılar

Ukraynanın məşhur futbolçuları orduya çağırıldılar

Dünya

14 Fevral 2015, 12:49


İtaliyanın “Yuventus” klubunun keçmiş futbolçusu, hazırda Ukraynada məşqçilik edən Aleksandr Zavarova hərbi xidmətə çağırış vərəqəsi gəlib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda özünün Twitter səhifəsində jurnalist, “Futbol” nəşrinin baş redaktoru Artyom Frankov məlumat verib. Onun məlumatına görə, Ukrayna Futbol Federasiyasına 89 çağırış vərəqəsi gəlib ki, onlardan biri də 2012-ci ildə ölkə millisinin baş məşqçisi olmuş, 53 yaşlı Zavarova və millinin hazırkı qapıçı məşqçisi, 57 yaşlı Yuri Sivuxaya göndərilib. Vərəqə hələ ki futbolçulara şəxsən təqdim olunmayıb. Səfərbərlik çərçivəsində orduya çağırılanların Ukraynanın şərqində keçirilən terror əleyhinə əməliyyat zonasına xidmətə göndəriləcəkləri ehtimal olunur.

Zavarov hazırda Ukrayna milli komandasının baş məşqçisi Mixail Fomenkonun assistentidir. O, Luqanskın “Zarya”, Kiyevin “Dinamo”, Turinin “Yuventus”, Fransanın “Nansi” və SSRİ yığçasında oynayıb. 1990-cı ildə İtaliya klubu ilə UEFA kubokunu qazanıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir