Modern.az

Almaniyada erməni icmasının nümayəndəsi öldürülüb

Almaniyada erməni icmasının nümayəndəsi öldürülüb

Dünya

14 Fevral 2015, 13:00

Almaniyanın Bilefeld şəhərində yerli erməni icmasının mədəniyyət şurasının üzvü, 36 yaşlı Qriqor Qriqoryan güllələnərək öldürülüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident fevralın 10-da baş verib. Polisdən verilən məlumata görə,  mebel mağazalarından birində ən azı 3 nəfərin mübahisəsi düşüb. Onlardan biri silahını çıxararaq Qriqor Qriqoryana atəş açıb. O, hadisədən bir neçə saat sonra şəhər xəstəxanasında ölüb. İnsident iştirakçılarının keçmiş Yuqoslaviya vətəndaşları olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı serb və 36 yaşlı kosovalı ermənini güllələdikdən sonra aradan çıxıblar. Qətlin motivi bəlli deyil.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır