Modern.az

Arvadını və 7 yaşlı qızını öldürən ata həbs olunub

Arvadını və 7 yaşlı qızını öldürən ata həbs olunub

15 Fevral 2015, 14:27


Fevralın 14-də Moskavda erməni ailəsində baş verən ailədaxili münaqişənin qətllə nəticələndiyi barədə xəbər vermişdik. Modern.az-ın Rusiya mətbuatına isitnadən verdiyi xəbərdə ilkin ehtimal kimi 41 yaşlı Viktoriya Qaraqulyanın əvvəlcə 7 yaşlı qızını, sonra özünü bıçaqlayarq öldürdüyü bildirilmişdi.
Lakin istintaq araşdırmasından sonra məlum olub ki, hadisəni ailə başçısı, 51 yaşlı Xoren Kazaryan törədib. O, ailə münaqişəsi zəminində arvadı ilə mübahisə etdikdən qarajdakı maşınında gecələyib. Səhər saatlarında isə evə daxil olaraq dəhşətli qətli törədib.
Modern.az Ermənistan mətbuatına istinadən bildirir ki, Xoren Kazaryan Rusiyadakı “Mobilift Rusland” şirkətinin baş direktorudur. Polis onu saxlayaraq, istintaqa cəlb edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir