Modern.az

16 yaşlı terrorçu qız 16 nəfəri öldürdü, 30-nu yaraladı

16 yaşlı terrorçu qız 16 nəfəri öldürdü, 30-nu yaraladı

Dünya

15 Fevral 2015, 22:37

Nigeriyada 16 yaşlı qızın törətdiyi terror nəticəsində ən azı 16 nəfər ölüb, 30 nəfər yaralanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış Yobe administrativ ştat mərkəzində - Damaturu şəhərindəki avtobus stansiyasında qeydə alınıb. Şahidlərin sözlərinə görə, özünü də məhv edən terrorçu qızın 16 yaşı olub. Həlak olanların əksəriyyəti dilənçiliklə və ya xırda ticarətlə məşğul olan uşaqlardır.

Terror aktına görə cavabdehliyi hələ ki heç kim üzərinə götürməyib, ancaq partlayışı “Boko Haram” islamçı qruplaşmanın təşkil etdiyi istisna olunmur. Bu qruplaşmanın yaraqlılarının əlindən təkcə ötən il 10 minə yaxın adam ölüb.
2014-cü ildə “Boko Haram” yeniyetmə qızlardan fəal istifadə edib. Məhz belə qızlar hicablarının altında gizlədilən əldəqayırma partlayıcı vasitələrlə çoxsaylı terror aktı həyata keçirib.

Adıçəkilən qruplaşma Qərb təhsilinə qarşı mübarizə aparır və nəzarət etdiyi ərazilərdə şəriət qaydalarının hakim olmasına maraq göstərir. Qruplaşma vaxtaşırı Nigeriyada terror aktları təşkil edir , eləcə də həm bu ölkədə, həm də qonşu Kamerun və Çadda adamları oğurlayır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı