Modern.az

Tələbə qızın zorlanması Türkiyəni başdan-ayağa aksiyaya bürüyüb

Tələbə qızın zorlanması Türkiyəni başdan-ayağa aksiyaya bürüyüb

15 Fevral 2015, 23:49


Türkiyədə 20 yaşlı Özgecan Aslan adlı tələbə qızın qətlə yetirilməsi ölkədə böyük hay-küyə səbəb olub. Modern.az-ın məlumatına görə, minlərlə qadın Türkiyənin müxtəlif şəhərlərində ayağa qalxaraq etiraz aksiyaları keçirib.

Özgecan Aslan 11 fevralda dərsdən çıxıb Mersin şəhərinə evinə yollanarkən yoxa çıxmışdı. O, Çağ Universitetinin Psixologiya bölümündə təhsil alırdı. Onun yandırılmış cəsədi 3 gün sonra tapıldı. Polisə məlum olub ki, tələbəni avttobus sürücüsü qətlə yetirib.

Özgecan Aslan onu zorlamağa cəhd edən avtobus sürücüsünə müqavimət göstərib.

Mersin şəhərinin polisi yanmış cəsədini çay qırağında cümə günü aşkar edib.

Hadisə ilə bağlı 3 nəfər həbs olunub - mikroavtobus sürücüsü, onun atası və dostu.

Türkiyə prezidenti və baş naziri mərhumun ailəsinə telefon açaraq başsağlığı veriblər.

Baş nazir Əhməd Davudoğlu cinayəti törədənlərin müəyyən olunub cəzalandırılacaqlarını söz verib.

Məlumatlara görə, mikroavtobus sürücüsü tələbə qızı zorlmağa cəhdi edərkən, Özgecan Aslan bibər qazı balonunu işə salaraq həmin adama müqavimət göstərib. Özgecan Aslanın bıçaqlandığı və baş nahiyəsindən dəmir boru zərbəsi aldığı bildirilir.

Qətlin qəddarlığı Türkiyə boyu kütləvi etitrazlara səbəb olub.

Minlərlə qadın şənbə və bazaar günü Ankara, İstanbu, Mersin və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirib.



Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu