Modern.az

Dünyanın qeyri-adi pulları - MARAQLI

Dünyanın qeyri-adi pulları - MARAQLI

Dünya

16 Fevral 2015, 13:22

Pul əskinasları yalnız ödəniş vasitəsi deyil, həm də sənət əsərləridir. İndi dövriyyədə olmasa da, belə pul vahidləri öz maraqlı dizaynı və tarixi əhəmiyyəti ilə dünya kolleksiyaçılarının diqqətini cəlb edir.

Modern.az saytı dünyanın ən qeyri-adi pullarını təqdim edir.


Məşhur multiplikator Uolt Disney öz nağıl dünyası üçün qeyri-adi pullar dövriyyə buraxan şəxslərdən biridir. 1987-ci ildən istehsal olunan həmin valyuta Uolyt Disneyin adını daşıyan adada, əyləncə mərkəzlərində, parklarda, kurortlarda və gəmilərdə istifadə olunur. Dəyərinə görə ABŞ dollarına bərabər tutulan Disney dollarının 50, 10, 5, 1 dəyərində əskinasları var. Amma əsl dollarda Amerika prezidentlərinin portretləri varsa, Disney dollarında cizgi filmlərinin personajlarının təsviri yerləşdirilib.

Yakutiyada Oktyabr çevrilişindən sonra çaxır etiketləri banknot rolunu oynayırdı. Həmin banknotlar maliyyə məsələləri üzrə xalq komissarı Aleksey Semyonovun göstərişi ilə çap olunurdu. Adətən, bu etiketlər Portveyn, Heres, Kaqor və Madera kimi çaxır brendlərinə məxsus idi. Aleksey Semyonov yalnız etiketləri dövriyyə buraxmır, həm də maliyyə məsələləri üzrə xalq komissarlığının möhürünü də vururdu. 

Palau adasında isə “Cənnət ətirləri” adlı unikal sikkə kolleksiyasından istifadə olunur. Kokosun təsviri olan sikkə kolleksiyanın başında gəlir. Maraqlı olan təkcə sikkələrin üzərindəki qravürla deyil, həm də onlardan gələn xüsusi ətirdir.


Bir neçə il bundan əvvəl isə “Kəpənəkli sikkə” adlı orijinal sikkə kolleksiyasının təqdimatı keçirilib. Dünya nümizmatları bu sikkəni dünyanın ən gözəl sikkəsi adlandırmışdılar. Sikkə gümüşdən hazırlanıb və onun dəyəri 1000 Kamerun frankına bərabərdir. Onun üzərində nəhəng kəpənəyin qırmızı gül üzərinə qonması əks olunub.

Dünyada belə sikkələrin sayı 2500-dən artıq deyil.


Dünyanın qeyri-adi pulları arasında “Danışan sikkə” də var. Belə ki, Amerika prezidenti olmuş Con Kennedinin təsvir olunduğu bu sikkələr üzərindəki düymə ilə diqqət çəkir. Həmin düymə basılan zaman sikkədən Con Kennedinin bir zamanlar dediyi: “Mən fəxr edirəm ki, berlinliyəm”, - ifadəsi səslənir.

“Gümüş piramida”. Misir fironu Tutanhamonun sərdabəsini aşkar edən arxeoloq Hovard Karetin adı da qeyri-adi pullarla bağlıdır. Belə ki, məşhur arxeoloqun ölümünün 70 illiyi münasibətilə “Pocoy” sikkə evi Tutanhamon sərdabəsinin divarlarını təsviri olan sikkə istehsal etmişdilər. Ən maraqlısı isə sikkənin zirvəsində günəş diskinin yer almasıdır.


Monqolustan 8 il əvvəl nəsli kəsilməkdə olan heyvanların təsvir olunduğu sikkələr buraxmağa başlayıb. Bu yenilik bütün dünyada maraqla qarşılandı. 2011-ci ildə “Ural bayquşu” adlı sikkə istehsal olundu. Bayquşun gözlərini Svarovskinin qara kristalları əvəzləyirdi. “Ural bayquşu”nu əldə etmək istəyən kolleksiyaçılar 1500-3000 dollar arasında pulundan keçməli olacaq.


ABŞ-da “Somali” adlı ilə buraxılan sikkələr də maraq doğurur. Bu pullar “Ron-n-roll”un 50 illiyi münasibətilə məhdud sayda istehsal olunub. Müxtəlif rəng qammalarını özündə əks etdirən gümüş sikkələr gitara formasındadır və gözəlliyi ilə müştərilərin diqqətini cəlb edir.


“Dinozavrın skeleti”
. Numizmatika bazarındakı yeniliklərdən biri dinozavrın təsviri olan sikkələrdir. Belə sikkələrin sahibi işığı söndürdükdə sikkənin bir tərəfində qədim dinozavrın skeletini, digər tərəfdə isə II Yelizavetanın təsviri görə bilər. Sikkə Kandan istehsal olunur və onun nominal dəyəri 25 sentdir.


Qeyd olunmalıdır ki, nə əskinas, nə də sikkəyə aid olmayan pullar da insanlar tərəfindən istifadə olunur. Belə pullar daşdan, ağacdan və müxtəlif ərzaqlardan ibarət olur. Yan adasında rəsmi ödəniş vasitəsi Rai daşlarıdır. Ortasında deşik olan və diametri 5 metrə çatan belə daşlar öz ölçü və çəkisindən asılı olaraq dəyər qazanır.

Sonda qeyd edək ki, keltlər ölümdən sonrakı həyata inanırdılar və həmin dünyada qaytarmaq şərti ilə bir-birinə borc pul verə bilərdi. Bu onlar üçün təəccüblü razılaşma deyildi.

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır