Modern.az

“Putinin 200 milyard dollarlıq sərvəti var” - İDDİA

“Putinin 200 milyard dollarlıq sərvəti var” - İDDİA

16 Fevral 2015, 14:53

Bir zamanlar Rusiyanın ən böyük xarici sərmayəçisi olan bir hedge fond idarəçisi  Bill Brovder prezident Vladimir Putinin 200 milyard dollarlıq sərvəti olduğunu söyləyib.

Modern.az bildirir ki, CNN kanalında Ferid Zekariyanın suallarını cavablandıran Brovder, Putinin fərdi sərvətinin təxminən nə qədər ola biləcəyi istiqamətindəki bir suala “hesab edirəm ki, 200 milyard dollardır”, - cavabını verib.

“Rusiyada 14 ildir tək güc olmasının ardından, ölkənin qazandığı pullar, məktəblərə, yollara, xəstəxanalara xərclənməyən pullar diqqətə alındığında, bu pulların hamısının mülkə, İsveçrədəki bank hesablarına, birja sərmayələrinə, Putin və ətrafı üçün sərmayə qoyan hedge fondlara getdiyini söyləyə bilərəm”, - deyə Brovder davam edib.

Brovder Putinin 1999-cu ildə baş nazir, 2000-ci ilin mayında dövlət başçısı olmasının ardından keçən ilk 8-10 ildə, oğurlaya bildiyi qədər pul oğurladığını da iddia edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir