Modern.az

Rebert Köçəryan Serj Sərkisyana qarşı çıxdı: “O, hesabı düz götürməyib”

Rebert Köçəryan Serj Sərkisyana qarşı çıxdı: “O, hesabı düz götürməyib”

16 Fevral 2015, 17:42

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Serj Sərkisyanla münasibətləri kəskinləşən “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyanı müdafiə edib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Köçəryan indiki Ermənistan hakimiyyətinin Qaqik Tsarukyana təzyiq göstərmək istədiyini “uğursuz” adlandırıb:

“Respublika Partiyasının iclasında səslənən fikirlər ölkə Konstitutsiyasına uyğun deyil və sanki “Çiçəklənən Ermənistan” Partiyasını təhlükəli sonluqla bitəcək küçə aksiyalarına sövq edir. Ölkə onsuz da ağır problemlərlə yüklüdür və onların həlli yalnız cəmiyyətin geniş təbəqələrinin sıx birləşməsi hesabına mümkün ola bilər. Baş verənlər isə təəssüf ki, geriyə doğru bir impulsdur”.

Köçəryan Serj Sərkisyanın Tsarukyana qarşı mövqeyini yanlış adlandırıb: “Bilmirəm bu prezidentə nə üçün lazım idi. Əgər Tsarukyana təzyiq göstərməklə Sərkisyan “Çiçəklənən Ermənistan” Partiyasını zəiflətmək istəyirdisə, hesabı düz götürməyib. Əksinə müxalifəti radikallaşdırıb”.

Köçəryan sonda baş verənlərin Ermənistan iqtisadiyyatında və Azərbaycanla təmas xəttində gərginliklə müşaiyət olunacağını deyib.

Modern.az    

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı