Modern.az

Almaniya səfirliyi Bakıdakı “Nağıllar dünyası”na dəvət edir

Almaniya səfirliyi Bakıdakı “Nağıllar dünyası”na dəvət edir

Dünya

17 Fevral 2015, 10:51

Kral Qurbağa, Yatmış Gözəl, Hensel və Qretel – istər cavan olsun, istər qoca hər kəs bu nağılların süjetini bilir.

Onlar ilk hissəsi 1812-ci ildə çap olunmuş Yakov və Vilhelm Qrimm qardaşlarının müxtəlif mənbələrdən topladıqları „Uşaq və ailə nağılları“ toplusunun bir hissəsidir. Bu nağıllar toplusu alman mədəniyyət tarixinin ən məşhur və bütün dünyada ən çox yayılmış kitabıdır. O, 160 dilə tərcümə olunub.

Nağıllar toplusunu belə cəlbedici edən və aktual saxlayan isə nağılların universallığıdır. Onlar insanlığa məxsus ümumi dəyərləri çatdırır və bizim üçün mənəvi istiqaməti müəyyən etməyi asanlaşdırır: nəyin xeyir, nəyin şər olduğunu dərhal bilmək olur və bu „real həyat“da olduğundan fərqlidir – nağılda daima xeyir qələbə çalır. Nağılları azad şəkildə düşünüb quraşdırırlar, onlar dastan və əfsanələrdən fərqli olaraq həqiqi hekayələrə əsaslanmırlar və onların yerləri dəyişkən ola bilər. Əsas şəxslər bizim hamımızın tanıdığımız qəhrəmanlardır: acıqlı ögey ana, gözəl şahzadə qız, qəhrəman xilaskar.

Nağıllar bizi bu gün də cəlb edir. Onların motivləri saysız-hesabsız variantlarda kinoda, televiziyada və ədəbiyyatda təkrarlanır. Biz özümüzə „nağılsayağı toy“ arzulayırıq, çəmənliyə „nağılsayağı gəzinti“ edirik və yaxud „nağılsayağı karyera“ya, reklama, siyasətə və gündəlik həyatdan qaynaqlanaraq yaranan nağıllara ümid edirik və bütün bunlar çox zaman nağılsayağı hekayələrdən irəli gəlir…

Bütün bu sadalananlara Goethe İnstitutunun Bakıda yerləşən „Kapellhaus“ Alman-Azərbaycan Mədəniyyət Birliyində nağıllar mövzusuna həsr olunmuş “Nağıllar dünyası” sərgisində tanış olmaq olar. 

Almaniyanın ölkəmizdəki səfirliyindən Modern.az saytına verilən məlumatda bildirilir ki, sərgi alman nağıllarında olan, vacib motivləri əhatə edən yeddi bölmədən ibarətdir. Burada əsas dəyər bu günkü gəncliyə məxsus mədəniyyət və pop-mədəniyəti ilə olan paralelləri göstərməyə və şagirdlərin bunları öyrənməsinə verilir: sərgi müasir didaktik prinsiplərlə görə qurulub və dinləmək, görmək və birlikdə etmək üçün olan saysız-hesabsız elementləri ehtiva edir.

„Nağıllar dünyası“ qayğı ilə hazırlanmış eksponatları, özünün muzey didaktikasına məxsus ahəngdar konsepsiyası və gözlənilməz aktuallığına görə dəfələrlə mükafatlandırılmış və ötən iki ildə dünyanın bir çox yerlərində nümayiş etdirilib. Bu dəfə isə „Nağıllar dünyası“ qəhrəmanları 18 fevraldan 3 mart tarixinə kimi „Kapellhaus“da bakılıların qonağı olacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır