Modern.az

Ruslar terrordan çox araqdan qorxurlar

Ruslar terrordan çox araqdan qorxurlar

6 Sentyabr 2010, 12:33
Rus xalqı terrordan çox alkoqoldan, narkotika asılılığandan və inflyasiyadan qorxurlar. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin araşdırmasından bəlli olub.

Mərkəz Rusiyanın 42 bölgəsində 140 yaşayış məntəqəsində 1600 respondentlə bir-bir görüşürək bu sahədə vəziyyəti öyrənməyə çalışıb. Sorğuda iştirak edənlərin 57 faizi alkoqol və narkotika asılılığından qorxur. Respondentlərin 55 faizi ikinci sırada ölkədə inflyasiyanın həddinin yuksəlməsindən narahatdır. Rusların qorxduğu üçüncü şey  işsizlikdir. Respondentlərin 50 faizi işsiz qalmaqdan qorxur.

Rəyi soruşulanların 41 faizi rüşvətdən narahatdır.  Əhalinin 32 faizi ən adi ittihamlarla həbs olunmaqdan ehtiyatlanır. Ekologiya problemləri və terror isə - 22 faiz rusların qorxduqları sonrakı məsələlərdir.

Xatırladaq ki, 2007-ci ildə keçirilmiş sorğuda respondentlərin 28 faizi ən sevdikləri yaxınlarını itirməkdən qorxurdu. Müharibə və kütləvi qətllər isə rusların  18 faizini narahat edirdi. Bu sorğularda inflyasiya və işsizlik xalqın gündəmində yox idi.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi