Modern.az

Güclü yaddaşın 10 şərti

Güclü yaddaşın 10 şərti

6 Sentyabr 2010, 12:44
Sakitlik, stresdən uzaq durmaq, göyərtilər,  parlaq rəngli səbzə və meyvə yemək, mahnı əzbərləmək hafizəni gücləndirir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  Yahoo internet dərgisi “Daha yaxşı hafizəyə sahib olmanın 10 şərti” başlıqlı araşdırmasının nəticələrini açıqlayıb. Araşdırmada müxtəlif peşə sahiblərinə istinad olunub.  Beyin əzələlərini hərəkətə gətirərək daha güclü hafizəyə malik olmanın mümkünlüyünü ortaya qoyan araşdırmanın nəticələri belədir:

-  Bir şeyi öyrənmək üçün əl hərəkətlərindən istifadə etmək beynin yaddasaxlama qabiliyyətini asanlaşdırır.   
- Televiziya verilişlərini izləmək, kitab oxumaq və musiqiyə qulaq asmaq kimi aktiv fəaliyyətlərlə beyni məşğul etmədən fasiləsiz olaraq ən azı 8 saat yuxulamaq beyin yorğunluğunu aradan qaldırır.
- Sakitlik  və stresdən uzaq durmaq beynə ciddi dərəcədə yardım göstərir.
- İdman hərəkətləri bütün vücuda, özəlliklə də beyindəki hafizə bölümlərinə qan axınını gücləndirir.
- Kələm, dəniz kələmi,  kabak, gilas, qırmızı alma, badımcan və üzüm kimi parlaq rəngli meyvlər və səbzələr, göyərtilər yemək hafizəni gücləndirir.
- Oxumaq və oxunan kitabı şərh etmək hafizəni gücləndirir. Beyində yaddaşa xidmət edən bölümləri gücləndirmək üçün oxunan materialın tərcümə edilməsi də faydalıdır.
- Ətir, qoxu hafizəyə müsbət təsir edir. Ən qüvvətli və sərfəlisi isə rozmarin gülüdür. Diqqəti zəif olanlara rozmarinli ətirlər xeyli faydalıdır.
- Diqqəti tək bir şeyə yönəltmək. Kitab oxuyarkən televizora baxmamalı, yemək yeyərkən telefonla danışmamalı. - Mahnı əzbərləmək.
- Sürəkli olaraq yeni şeylər öyrənmək.      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?