Modern.az

Sabir Rüstəmxanlının yeni kitabı çıxıb: "Difai fədailəri»

Sabir Rüstəmxanlının yeni kitabı çıxıb: "Difai fədailəri»

Mədəni̇yyət

6 Sentyabr 2010, 15:27

Sabir Rüstəmxanlının 2 ildən artıqdır ki, üzərində çalışdığı «Difai fədailəri» sənədli romanı «Qanun» nəşriyyatında çap olunub. Roman Azərbaycanın çox çətin siyasi-psixoloji dövrünü – 1905-ci ildən başlayan və Rusiyanın dəstəyi ilə ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım tarixini əks etdirir.

 

Ciddi mənbə və mənqəbələrdən, arxiv materiallarından və dövrün rəsmi sənədlərindən istifadə ilə qələmə alınan bu tarixi romanda erməni vəhşiliyinə qarşı duruş gətirmək üçün böyük Azərbaycan mütəfəkkiri və ziyalısı Əhməd bəy Ağoğlunun yaratdığı «Difai» təşkilatının fəaliyyəti işıqlandırılıb. Xatırladaq ki, uzun illər üstündən sükutla keçilən «Difai» təşkilatının fəaliyyəti nəticəsində Qafqazda qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişmişdi. Gücə qarşı gücün dayanmalı olduğunu yaxşı anlayan Ə.Ağaoğlunun qurduğu və məşhur ictimai-siyasi xadimlərin dəstək verdiyi bu qurum qısa müddətdə Bakıdan Batuma, Qarabağdan Dağıstana qədər böyük bir ərazini əhatə etmiş, erməni vəhşiliyi nəticəsində əzizlərini itirmiş 10 minlərlə insanın şəxsi intiqam hissini Azərbaycanın xilası yolunda səfərbər etməyi bacarmışdır.

 

Roman dövrün siyasi-psixoloji mühitini əks etdirməklə bərabər Azərbaycan oxucusundan gizləndilən tarixi həqiqətlər üzərindəki sirr pərdəsini götürməyə, taleyimizə kölgə salan faciələri göstərməyə xidmət edir.    

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir